Rusiyaya SSRİ-nin taleyi yaşadılır: İqtisadi çöküş - Video
10-05-2022, 11:00
08:45 Rusiya sanksiyalara görə son 30 ilin ən güclü iqtisadi çöküşünü yaşaya bilər. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb. Nəşrin analitiklərinin bildirdiyinə görə, Rusiyanın ümumdaxili məhsulu 12% azalacaq: “Əvvəlki proqnoza görə isə azalma 8% düşünülürdü. Əgər proqnoz özünü doğruldarsa, bu, SSRİ-nin 1990-cı ildəki çöküşü zamanı yaşanan iqtisadi sarsıntı ilə müqayisə oluna bilər”. Rusiyaya təsir edəcək əsas sanksiyalar isə bunlar olacaq: neft embarqosu, Rusiyadan qaz idxalından imtina və xarici şirkətlərin ölkə bazarından çıxmağa davam etməsi.