Finlandiya və İsveçin mümkün NATO üzvlüyü Avropanı daha təhlükəsiz, yoxsa təhlükəli edə bilər?

10-05-2022, 15:28   


NATO İsveç və Finlandiya bayraqlarıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Finlandiya və İsveç iki tətəfsiz Skandinaviya ölkəsiydi, ancaq Rusiyanın Ukraynaya hücumu ilə elə bir hazırlıq vəziyyətinə keçiblər ki, bu gün ciddi şəkildə NATO-ya qoşulmağı müzakirə edirlər.

Rusiya isə bu iki ölkəyə NATO-ya qoşulmamaları barədə xəbərdarlıq edib və onları texniki hərbi cavabla hədələyib.

Bu ölkələrin NATO-ya qoşulması ilə Avropa daha təhlükəsizmi, yoxsa daha təhlükəlimi məkana çevrilər?

Hər iki ölkə NATO üzvlüyü üçün tələb olunan kriteriyalardan birini, demokratik sistemə sahib olmaq şərtini ödəyirlər. NATO baş katibi Jens Stoltenberg hər iki ölkəyə də qucaq açacaqlarını söyləyib.


ABŞ quru qoşunlarının Avropa bölməsinə rəhbərlik etmiş, təqaüddə olan general-leytenant Ben Hodges İsveç və Finlandiyanın NATO-ya qoşulmasının müsbət olacağı fikrindədir:

"İki ölkə də güclü demokratiya və hərbi vəziyyətdən çox yaxşı vəziyyətdədirlər. Onların bacarıqlı və müasir orduları var, səfərbərlik sistemi çox yüksək səviyyədədir".

Əslində Finlandiya ilə bağlı hərbi inteqrasiya hal-hazırda davam edir. Britaniya və Finlandiya tank birlikləri yaxın müddətdə birgə təlim keçiblər. Təlimlərə Litva, Estoniya və ABŞ da qatılıb.

Bəs bu iki ölkənin hərbi birliyə üzvlüyü necə bir problem yarada bilər?

Rusiya, ya da daha açıq ifadəylə Putin NATO-nu bir müdafiə ittifaqı olaraq görmür. Tam əksinə, onun fikrincə, təşkilat Rusiyanın təhlükəsizliyinə təhdid təşkil edir.

Özü KQB agenti olarkən, Sovet İttifaqının tərkibində yer almış Litva, Estoniya, Latviya kimi ölkələr bu gün NATO-nun üzvüdürlər.


Sərhədlərinin yalnız 6 faizi NATO ölkələri ilə kəsişən Kreml özünü əhatə olunmuş və təhdid altında hiss edir.

Putin 24 fevralda əsgərlərini Ukraynaya göndərməzdən qısa müddət əvvəl Avropa təhlükəsizlik xəritəsinin yenidən çəkilməsini tələb edib.

NATO birliklərinin Avropanın şərqindən çəkilməsini istəyib və yeni ölkələrin də birliyə qəbul edilməməsi məsələsində təkid edib.

Ancaq işğal tamam əks-təsir göstərib.

On illərdir tərəfsiz olan İsveç və Finlandiya NATO nizamnaməsinin 5-ci maddəsinə əsaslanaraq, bu birliyə qatılmağın daha təhlükəsiz olub-olmayacağı barədə düşünməyə başlayıblar. Bu maddəyə əsasən, üzv ölkəyə olan hücum bütün ittifaqa qarşı hücum hesab olunur.

Finlandiyada aparılan bir araşdırmanın nəticələrinə görə, ölkənin 62 faizi bu hərbi birliyə qoşulmağın tərəfdarıdır.

İsveç baş naziri Magdalena Andersson və Finlandiya baş naziri Sanna MarinŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,İsveç baş naziri Magdalena Andersson və Finlandiya baş naziri Sanna Marin NATO üzvlüyü barədə birgə müzakirə aparıblar

Qoşulma tərəfdarı mövqeyi

Təkcə hərbi nöqteyi-nəzərdən baxıldıqda, Finlandiya və İsveçin mümkün NATO üzvlüyü Rusiyaya qarşı sayca çox geridə qalan Şimali Avropa bölgəsində ciddi bir töhfə verir.

Təqaüddə olan general-leytenant Ben Hodgesin fikrincə, hər iki ölkə qütb bölgəsində müharibə mövzusunda peşəkarlaşmış vəziyyətdədir.

Hər iki ordu Skandinaviyanın donmuş meşələrində döyüşmək və sağ qalmaq kimi vərdişləri mənimsəmək üçün daim təlimlər keçir.


Rusiya İkinci Dünya müharibəsi zamanı Finlandiyanı işğal edəndə finlər ruslara qarşı ciddi müqavimət göstərmiş və düşmən böyük itkilər vermişdi.

Coğrafi olaraq, Finlandiyanın mövqeyi NATO-nun müdafiə sahəsində çox əhəmiyyətli bir boşluğu doldurur və Rusiya ilə ittifaqın sərhəddini iki dəfə artırır.

Siyasi olaraq da Putinə müstəqil bir ölkəni işğal etməyin hardasa bütün Avropanı birləşdirdiyi siqnalını göndərir.

Qoşulmama tərəfdarı mövqeyi

Burada riskli olan vəziyyət Rusiyanın yaxınlığındakı bu genişlənmənin Kremlin hazırlıq vəziyyətinə geçməsi və necəsə buna cavab verməsidir.

Putin mümkün bir genişlənmədə "texniki hərbi tədbirlər" görəcəyi xəbərdarlığı etdiyində bunun iki məna verəcəyi düşünülüb:

Sərhədlərini əsgərlərlə gücləndirmək və Qərb ərazilərinə yaxın nöqtələrdə raket sistemləri yerləşdirməklə Skandinaviyanı hədəfə alan kiber hücumları artırmaq.


Kremlin sözçüsü Dmitri Peskov Finlandiya və İsveçin NATO-ya üzv olmasının Avropaya daha çox təhlükəsizlik gətirməyəcəyi barədə xəbərdarlıq edib.

Putin və müşavirləri Ukraynanı ələ keçirmək planlarını pozduğuna görə NATO-nu günahlandırır.

Şimal cəbhəsindəki bu genişlənmənin Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu düşünməsi halında Kremlin nə reaksiya verə biləcəyini həqiqətən bilmək mümkün deyil.


BBC.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.