ABŞ Dövlət Departamenti Aytən Məmmədovaya hücumun günahkarlarını tapıb cəzalandırmağa çağırıb

11-05-2022, 08:44   


ABŞ Aytən Məmmədovanın işini diqqətlə izləyir, Azərbaycan hakimiyyətini araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır, TURANın Vaşinqton müxbiri xəbər verir.
“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatıq”,-Dövlət Departamentinin sözçüsü çərşənbə axşamı TURANa bildirib.
“Jurnalist Aytən Məmmədovaya hücumu pisləyirik. Bu hücum  Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından  cəmi bir həftə sonra baş verib.
Biz bu işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, - sözçü bildirib.
 “Biz bütün hökumətləri medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan işlərini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq.
ABŞ mətbuat azadlığının və bütün dünyada jurnalistlərin və media işçilərinin təhlükəsizliyinin tərəfdarıdır”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.


Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.