RUSİYA BU AVROPA ÖLKƏSİNİ TƏHDİD ETDİ - NATO-dan cavab gəldi

13-05-2022, 09:00   


Baxiş sayı: 7266
Dərc olunub: 12/05/2022 - 20:05
Bölmə: Manşet

"Finlandiyanın NATO-ya daxil olmasının lehinə çıxış edən ölkə Prezidenti Sauli Niinistö və Baş nazir Sanan Marinin bəyanatı Finlandiyanın xarici siyasətində köklü dəyişiklikdir".

Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Finlandiyanın NATO-ya mümkün üzvlüyünə dair bəyanatında əksini tapıb.

Bəyanatda bildirilir ki, onilliklər ərzində hərbi bloklara qoşulmama siyasəti Şimali Avropa regionunda sabitliyin əsasını təşkil edib:  "Finlandiya dövləti üçün etibarlı təhlükəsizlik səviyyəsini təmin edib və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün möhkəm əsas olub.

Nə Rusiyanın Finlandiyaya qarşı heç bir düşmənçilik niyyətinin olmadığına dair verdiyi zəmanətlər, nə də ölkələrimiz arasında mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın uzunmüddətli tarixi rəsmi Helsinkini hərbi bloklara qoşulmama siyasətini davam etdirməyin üstünlüklərinə inandırdı.

Üzv ölkələri Finlandiya tərəfini Alyansa üzvlükdən başqa alternativin olmadığına qəti şəkildə inandıran NATO-nun məqsədi bəllidir - Rusiya sərhədlərinə doğru genişlənməyə davam etmək, ölkəmizə hərbi təhlükə üçün daha bir cinah yaratmaq. Finlandiyanın müstəqil qərarvermə sərbəstliyindən məhrum olaraq öz ərazisini Rusiya Federasiyası ilə hərbi qarşıdurma sərhədinə niyə çevirməsini tarix mühakimə edəcək.

Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyətinin və xalqının ixtiyarındadır. Bununla belə, rəsmi Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. Finlandiyanın NATO-ya daxil olması ikitərəfli Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa bölgəsində sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq".

"NATO-ya qoşulmaq həm də Finlandiyanın beynəlxalq hüquqi öhdəliklərinin, ilk növbədə, tərəflərin alyanslara girməmək və onlardan birinə qarşı yönəlmiş koalisiyalarda iştirak etməmək öhdəliyini nəzərdə tutan 1947-ci il Paris Sülh Müqaviləsinin birbaşa pozulması, həmçinin tərəflərin digər tərəfin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc təhdidindən və ya güc tətbiqindən çəkinəcəklərini, öz ərazilərindən qarşı tərəfə təcavüz üçün istifadə etməyəcəklərini və ya istifadəsinə icazə verməyəcəyini müəyyən edən 1992-ci il Rusiya və Finlandiya arasında münasibətlərin əsasları haqqında müqavilənin pozulması olacaq. Lakin hazırda kollektiv Qərbin beynəlxalq hüquqa biganə münasibətini nəzərə alaraq bu cür davranış normaya çevrilib. Vəziyyətə uyğun reaksiya verəcəyik”, - bəyanatda vurğulanıb.



Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatına Kremldən daha sərt reaksiya verilib. Belə ki, Kreml  Finlandiyanın bəyanatlarına təhdid xarekterli cavab verib.

Kremlin bəyanatında deyilir: "Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar".

Bəyanatda həmçinin Rusiyanın qətiyyətli cavab vermək üçün hər an hazır olduğu bildirilib: "NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".



“Əgər Finlandiya qəbul üçün müraciət etmək qərarı versə, NATO onu isti qarşılayacaq. Onun qəbulu hamar və tez baş verəcək”.

“AzPolitika.info” “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenderq Finlandiyanın alyansa üzvlük məsələsini şərh edərkən deyib.

NATO Baş katibi Finlandiyanın qurumun bütün standartlarına cavab verdiyini bildirib: “Finlandiya NATO-nun yaxın tərəfdaşlarından biridir, yetkin demokratiyaya malikdir və Avropa İttifaqının üzvüdür...”

Stoltenberq deyib ki, Finlandiyanın üzvlüyü həm NATO-nun özünü, həm də Finlandiyanın təhlükəsizliyini gücləndirə bilər.   

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.