Şok: xəstənin böyrəyi xəstəxanada oğurlandı

2-09-2014, 12:44   
Çinin Quandun vilayətindəki Şençjen şəhərinin sakini, 29 yaşlı Vay Szyanmin sidik yollarındakı keçilməzlik diaqnozu ilə xəstəxanaya aparılmışdı.
Yerli fabriklərdən birində çalışan qadına həkimlər demişdilər ki, onun patoloji durumu ciddi narahatlıq yaradır: "Siz dərhal, təxirə salınmadan müalicə olunmalısınız".
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Vay Szyanmin çox qorxduğunu söyləyib.
"İndiyədək səhhətimdə problemlər olmadığından çox narahat olmuşdum. Qorxmuşdum. Müayinəni aparan həkim cərrahiyyə əməliyatına zərurət duyulduğunu deyəndə təkrar müayinə keçirilməsini və ya başqa xəstəxanaya köçürülməmi istədim. Fəqət mənə söylədilər ki, təcili əməliyyat olmasa, öləcəyəm. Ona görə razılıq verdim və sənədləri imzaladım", - V.Szyanmin söyləyib.
Cərrahiyyə əməliyyatından əvvəl həkimlər pasiyentə deyiblər, adi, rutin əməliyyat olacaq, narahatlıq keçirməsin.
Vay Szyanmin də "rutin" kəlməsinə inanıb. Əməliyyat zamanı onun böyrəyinin kəsilib çıxarılması qadın üçün əsl şok olub.
Cərrahların dediklərinə görə, əməliyyat zamanı böyrəklərdən birində qanaxma başladığı üçün onu kəsib götürmək məcburiyyətində qalıblar.
Vay onlara inanmayıb: "Onlar böyrəyimi sonradan satmaq üçün kəsiblər. Həkimlər çox şübhəli davranırdılar. Təcili əməliyyata təkid etdilər, başqa xəstəxanaya köçürmək istəmədilər. Məni əməliyyata məcbur etdilər. Kəsilib çıxarılmış böyrəyimi göstərmələrini xahiş edəndə isə məlum oldu ki, böyrək yoxa çıxıb".
Şençjen şəhər Səhiyyə İdarəsi olayı araşdırmağa başlayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.