Ukraynanın Kremençuq şəhərinin meri olmuş Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfər saxlanılıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Operativ-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən ən gəncinin 22 yaşı var.
Hazırda istintaq davam edir.
Xatırladaq ki, milliyyətcə azərbaycanlı olan O. Babayev iyulun 26-da səhər saatlarında evinin yaxınlığında qətlə yetirilib. Onun qətli ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.