Rusiya yeni SSRİ-nin qurulmasını bu il üçün əsas məqsəd hesab edir.
Anaxeber.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“Rusiyanın bu il əsas ideyası “Sovet İttifaqı 2”ni yaratmaqdır, rusların bundan başqa daha qlobal məqsədləri yoxdur. Bu, Putinə ömrünün sonunadək özünü qondarma SSRİ-nin lideri olacaq bir şəxs kimi legitimləşdirməyə imkan verəcək. Bunun hansı formatda olacağı, bura kimin daxil olacağının bir önəmi yoxdur. Bu, onun 22 ildir davam etdirdiyi sabit fikirdir”, - Denisenko bildirib.
Onun sözlərinə görə, buna görə də, Dövlət Duması Putinə Rusiyadan kənarda administrasiyaların yaradılmasına icazə verən qanun layihəsinə baxmağa başlayıb:
“Bu qanun layihəsi nəinki Putinə, hətta onu əvəz edəcək şəxslərə də icazə verilir ki, istənilən ərazinin “Rusiya” olması ilə bağlı könüllü qərar qəbul etsin”.
Denisenki Rusiya parlamentinin bu qərarı nə vaxt qəbul edəcəyini də proqnozlaşdırıb:
“Adətən belə qanun layihələrinin təqdim edilməsindən bunların Dövlət Dumasında qəbul edilməsinə qədər bir neçə ay vaxt lazımdır. Bu müddət ərzində elita daxilində məsləhətləşmələr aparılır, Rusiyada müəyyən sosioloji hesablamalar başlayır. Belə olan halda, hesab edirəm ki, bu proses artıq başlayıb”.