ABŞ Ukraynaya silah və digər yardımlar üçün 40 milyard dollar ayırıb. Bu niyə vacibdir və Kiyev nə alacaq?

21-05-2022, 08:14   


Rusiya Ukrayna savaş müharibə

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

ABŞ Senatı nəhayət cümə axşamı Ukraynaya 40 milyard dollarlıq görünməmiş yardım paketini təsdiqləyib. Bu məbləğin böyük hissəsi Rusiya qoşunlarını ölkədən çıxarmağa çalışan Ukrayna ordusunu silahla təmin etmək üçün istifadə olunacaq.

Yardım paketinin lehinə 86, əleyhinə isə 11 senator səs verib (onların hamısı respublikaçıdır). İndi qanun layihəsi imza üçün ABŞ Prezidenti Joe Biden-ə göndəriləcək. Onun yaxın bir neçə saat ərzində sənədi imzalaması gözlənilir ki, Ukraynaya yardım dərhal başlaya bilsin.

CNN televiziya şirkətinin məlumatına görə, Biden səfərdə olduğu üçün sənəd Cənubi Koreyanın paytaxtı Seuldakı Ağ Ev rəhbərinə təyyarə ilə çatdırılacaq.

Senatdakı Demokratik çoxluğun rəhbəri Chuck Schumer bildirib ki, ayrılan vəsait "yaşamaq üçün mübarizə aparan" Ukraynaya lazımdır. "Bu təcili qanunu qəbul etməklə, Senat indi Ukrayna xalqına yardımın yolda olduğunu, real yardımın, əhəmiyyətli yardımın köməyilə ukraynalıların qalib gələcəyini söyləyə bilər", - Schumer deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.