Vəhhabilər Allah elçisini anonim qəbirdə yenidən dəfn edəcəklər ; İngiltərə mediası bildirir ki, bu addım şiələr tərəfindən xüsusi qəzəblə qarşılanacaq
Musavat.com-un Avropa müxbiri “İndependent” qəzetinə istinadən yazır ki, Səudiyyə Ərəbistanı İslam peyğəmbərinin qəbrini dağıdacaq. Məhəmməd (s.ə.s.) peyğəmbərin nəşindən qalanlarsa anonim qəbirdə yenidən dəfn ediləcək.
İran agentliyi bildirir ki, belə bir addım atılsa İslam dünyasında şok yaşanacaq.
Qeyd edək ki, söhbət Mədinədə yerləşən Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi-dən gedir. Həmin məscid İslam aləmində Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci önəmli ibadət evi sayılır. Ərəbşünaslar bildirirlər ki, “Nəbəvi” sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Peyğəmbər məscidində eyni anda 650 min müsəlman ibadət edə bilir. Məscid 400.000 kv.m ümumi sahəyə malikdir. İslam xəlifələri olmuş Əbu Bəkir və Ömərin də qəbirləri oradadır.
“İndependent” vurğulayır ki, yaşıl qübbəli məsciddə təmir işləri ilə bağlı belə yerdəyişmənin edilməsinə bir çoxları, xüsusən şiələr etiraz edirlər.
Bu arada isə İranın “Farsnews” agentliyi bu məsələni ““İndependent”ə istinadən yenidən gündəmə gətirib. Bu həssas məsələdə Səudiyyə Ərəbistanının təbii ki, təkbaşına qərar çıxarması doğru deyil. “İndependent” bildirir ki, belə bir addımın atılması islam dünyasında məzhəb savaşına yeni impuls verə bilər.
“İndependent” yazır ki, Səudiyyənin vəhhabi iqtidarı hesab edir ki, peyğəmbər qəbrinin ziyarət edilməsi bütpərəstlik əlamətidir və bunu
aradan qaldırmaq lazımdır.