Putin bu psixi xəstəlikdən əziyyət çəkir

31-05-2022, 11:12   




Rusiya Prezidenti Vladimir Putinin epileptoid şəxsiyyət pozğunluğuna sahib olduğunu görmək olar.

Axar.az xəbər verir ki, bunu psixiatr Roman Dolinski deyib.

O bildirib ki, Putində nəzərəçarpacaq dərəcədə empatiya, yaxın ətrafına qarşı qəddarlıq, inamsızlıq, fiziki cəhətdən daha güclü və aqressiv olanın haqlı olduğuna inamı var:

“Bu, yalnız antisosial psixopatlara xasdır. Buna görə də Putində ilk növbədə, bu iki şəxsiyyət pozğunluğunun əlamətləri görünür. Şəxsiyyət pozğunluğu insanı bütün həyatı boyu müşayiət edir. Bundan əlavə, onda paranoid sindromu var. Ona görə də o, insanlardan çox uzaqda oturur, heç kimi yaxın buraxmır, gizlənir. Yeri gəlmişkən, Stalində də paranoyak davranış müşahidə olunmuşdu. Amma ölümündən bir qədər əvvəl”.



  •  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.