"LUKOİL"un Vahid Ələkbərovu əvəz edən prezidenti kimdir? DOSYE

1-06-2022, 12:40   


"LUKOİL"un Vahid Ələkbərovu əvəz edən prezidenti kimdir? DOSYE


“LUKOİL” neft şirkətinin səhmdarları qiyabi növbədənkənar iclasda prezident Vahid Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə qərar verilib. 

Cebhe.info-nun məlumatına görə, yığıncaqda “LUKOİL”un prezidenti vəzifəsini icra edən Vadim Vorobyov şirkətin yeni rəhbəri vəzifəsinə təsdiq edilib. Vahid Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb ona qarşı sanksiyaların tətbiqi və buna görə aldığı müvafiq xəbərdarlıqla əlaqədar öz səlahiyyətlərini icra edə bilməməsi olub. 

Qeyd edək ki, V.Ələkbərovun adı aprelin 13-də Böyük Britaniyanın, sonra isə Avstrilayinaın sanksiyalar paketinə düşüb. Neft şirkətinin yeni rəhbəri seçilənə qədər birinci icraçı vitse-prezident vəzifəsini tutan Vorobyov Direktorlar Şurası tərəfindən V.Ələkbərovun yerinə seçilib. 

Vadim Nikolayeviç Vorobyov 1961-ci il aprelin 16-da Nijeqorod vilayətinin Pavlovo-na-Oke şəhərində anadan olub. 1993-cü ildə Qorkovski Dövlət Universitetinin fizika fakültəsini, 1998-ci ildə Loboçyovski adına Nijeqorrod Dövlət Universiteteinin iqtisadiyyat fakültəsini bitirib.  1998-ci ildən “LUKOİL” şirkətində fəaliyyətə başlayan Vorobyov 2010-cu ildən İdarə Heyətinin üzvü seçilib. İqtisad elmləri namizədidir. 1992-1998-ci illərdə Nijni Novqorodun sığorta və bank strukturlarında rəhbər vəzifələrdə çalışıb, "Aval" sığorta şirkətinin menecer müavini, Nijni Novqorod Sosial Kommersiya Bankı "Garantiya"nın İdarə Heyətinin sədr müavini olub. 

Vadim Vorobyov 1998-2002-ci illərdə “NORSI-OIL” Oil Company QSC-nin vitse-prezidenti və prezidenti vəzifələrində çalışıb. 2001-ci ildə bu müəssisə “LUKOİL”un törəmə müəssisəsinə çevrilib və "Lukoil-Nizhegorodnefteorgsintez" adlandırılıb. 

Vorobyov 2002-2005-ci illərdə Nijni Novqorod və Vladimir vilayətlərində, Çuvaşiya və Mordoviya respublikalarında fəaliyyət göstərən “LUKOİL” neft şirkətinin törəmə müəssisəsi olan "Lukoyl-Volqanefteprodukt" MMC-nin baş direktoru işləyib. O, 2002-ci ilin martında Nijni Novqorod vilayətinin qanunvericilik məclisinə deputat seçilib. Vadim Vorobyov 2005-2009-cu illərdə “LUKOİL”un vitse-prezidenti kimi Rusiyada Neft Məhsullarının Satışını Koordinasiya Baş İdarəsinin rəisi postunu tutub.

2012-ci ildən 2016-cı ilədək “LUKOİL”un neft məhsullarının satışı üzrə koordinasiya üzrə vitse-prezidenti işləyib. 2016-2017-ci illərdə isə Vorobyov “LUKOİL”un neft emalı, neft kimyası və qaz emalı üzrə vitse-prezidenti vəzifəsində çalışıb. 2017-2018-ci illərdə o, “LUKOİL”un təchizat və satış üzrə baş vitse-prezidenti olub. 2018-2020-ci illərdə “LUKOİL” şirkətinin birinci vitse-prezidenti seçilən Vorobyov 2020-cildə birinci icraçı vitse-prezident vəzifəsinə irəli çəkilib. 

Müşfiq Abdulla
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.