İstanbul şəhərinin E-5 adlanan magistralının üstündəki piyada keçidi yük maşınının çırpılması nəticəsindən çöküb.
Avcılar bələdiyyə başqanı Handan Toprakın Türkiyə mediasına verdiyi xəbərə görə, 2 nfər ölüb, daha 2 nəfər isə yaralanıb. Çökən keçidin qalıqları arasında avtomobillər qalıb. Kimyəvi maddələr daşıyan yük maşınınndan sızıntılar əmələ gəlib.
Bildirilir ki, qəza nəticəsində ikitərəfli yolda hər iki tərəfdən avtomobillərin hərəkəti dayandırılıb. Polis hadisə yerinə tamaşa edən insanları uzaqlaşdırıb.
Musavat.com