Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni “pomidor qripi”: “İnsanları qorxutmağa çalışırlar ki...”-Məşhur həkim

2-06-2022, 20:47   


Yeni “pomidor qripi”: “İnsanları qorxutmağa çalışırlar ki...”-Məşhur həkim


Hindistanda 80-dən çox uşaq və yeniyetmə arasında yeni virus yayılıb. 

Xəstəliyə "pomidor qripi" adı verilib. Bu barədə Hindistanın "İndia Today" qəzeti məlumat yayıb. Məlumata görə, Hindistanın səhiyyə orqanları infeksiya ilə mübarizə aparmaq üçün kampaniyaya başlayıb. Nəşr bildirib ki, təkcə Kerala şəhərində 82 körpədə yeni virus aşkar edilib.  

Xəstəliyin simptomlarına yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı daxildir. 

"Bu, həyati təhlükəsi olmayan xəstəlikdir, lakin yoluxucudur və insandan insana keçə bilər", - deyə nəşr ekspertlərə istinadən qeyd edib.
Hindistan səlahiyyətliləri infeksiya nəticəsində hələlik ölüm faktı qeydə almayıb. Məlumatlara görə, “pomidor qripi” nadir virus xəstəliyidir və konkret törədicisi hələ də məlum deyil. Koronavirusdan sonra yeni virusların sayı artıb. Bu da insanlarda narahatlıq yaradır. İki ildən çox bir müddətdə koronavirusla mübarizə aparan dünya yeni xəstəliklərə qarşı daha qorxu ilə yanaşır. 

Bir çox mütəxəssis xəstəliyin məqsədli şəkildə yayıldığını düşünür. 

Radioloq-həkim Aydın Əliyev də Cebhe.info-ya açıqlamasında yeni xəstəliklərin yayılmasında səbəb kimi maddi maraqların olduğunu göstərib: 

"COVİD-19 pandemiyası zamanı təşviş göstərdi ki, bəzi ölkələr müxtəlif dərman və tibbi sərfiyyat materiallarından böyük maddi gəlir əldə etdilər.Ona görə də versiya var ki, bu xəstəliklər qəsdən yayılır. Son zamanlar müşahidə edirəm ki, bəzi ölkələr, təşkilatlar insanlarda panika yaratmaqda maraqlıdırlar. Xəstəliklərin yaradılmasında maddi maraqlar var. Təşvişə düşməmək lazımdır. Bir xəstəlik ölkədə minlərlə insanı əhatə etmirsə, deməli, onun qorxusu yoxdur. Bu xəstəlik də məncə, qorxulu deyil. Sadəcə insanları qorxutmağa çalışırlar". 

Naibə
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar