Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrovun İrəvanda xüsusi təntənəsi: nə baş verir? – Foto

9-06-2022, 14:20   




Ötən gün Ankaradan birbaşa Ermənistana gələn Rusiya XİN rəhbəri Sergey Lavrovun “xüsusi qarşılanma mərasimi” gen-bol təbliğ edilir.

Axar.az xəbər verir ki, Lavrovun İrəvan aeroportuna enməsinin dərhal ardından hava limanında “mina axtarışı” ilə diqqətləri özünə çəkən təbliğatçılar daha sonra Rusiya XİN başçısının qarşılanmasından ayrıca xəbərlər və fotosesiyalar, reportajlar, videolar yaymağa başladılar.

Ermənistan XİN rəhbərinin protokola uyğun olaraq Lavrovu qarşılaması və “səmimi ünsiyyət” bu gün səhər çağı Lavrovun qondarma soyqırım abidəsini ziyarəti ilə davam edib. Bu ziyarətdə də Lavrovu Ermənistan XİN rəhbəri də daxil olmaqla, rəsmilər müşayiət edib.

Ararat Mirzoyan Lavrovla baş tutan hazırkı – üçüncü görüşünü xüsusilə fərqləndirib: “Kostruktiv və səmimi”! Görəsən, Mirzoyan indiyə qədərki görüşlərdən Lavrovla bugünkü görüşünü bu qədər fərqləndirir?

Lavrovun Ankarada türkiyəli həmkarı ilə görüşdə xüsusilə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etdiyini, Mövlud Çavuşoğlunun sərhədlə bağlı proseslərin sürətlənməsi və kommunikasiyaların açılması mövzusunda açıqlamasından sonra Lavrovun İrəvanda üçtərəfli bəyanatlara sadiqliyi və dərhal da Qarabağdakı rus sülhməramlılarının erməni icmasının maraqları istiqamətində fəaliyyətini davam etdirəcəyini dolayısı ilə təqdiqləməsi diqqətdən kənarda qala bilməz.

RİA-nın keçmiş Dağlıq Qarabağla bağlı Azərbaycanda narazılıq doğuran mövqeyi və bloklanmasının ardından Rusiya XİN-in onsuz da erməniyanlı mövqeyində Lavrovun bu səfərindən sonra “daha açıq notlara” hazır olmalıyıq.





1 / 3




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar