Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın narahatlıqları qanunidir.
Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
“Türkiyə qədər heç bir NATO müttəfiqimiz terror hücumuna məruz qalmayıb və buna görə də, təhlükəsizliklə bağlı narahatlıqları ciddi qəbul edilməlidir”, - deyə baş katib bildirib.