“Kiyevdəki nikbinlik Donbasdakı qüvvələrin uğurları fonunda narahatlıqla əvəzlənib”.
Cebhe.info xəbər verir ki, bu, Britaniyanın “Financial Times” nəşrindəki məqalədə yazılıb.
Avropada Kiyevdə əhval-ruhiyyənin dəyişdiyinə diqqət çəkdilər. Əksəriyyətin fikrincə, belə bir nəticəyə Ukrayna Prezidenti Vladimir Zelenskinin son müraciəti əsasında gəlmək olar. Siyasətçi xalqa müraciətində Qərb tərəfdaşlarının dəstəyinin zəifləməsi və Ukraynanı “qəbuledilməz sülhə” doğru itələnməsinin mümkünlüyünü qeyd edib.
Bundan əvvəl “The Washington Post” qəzeti Ukrayna Silahlı Qüvvələrinin müharibədə qələbəsi ilə bağlı Qərbdə yaranan eyforiyanın tədricən yoxa çıxmasından bəhs edən məqalə dərc edib. Məqalə müəllifinin fikrincə, Rusiya Silahlı Qüvvələrini dəf etmək çətin ki, mümkün olacaq:
“Çünki onların gücü həddən artıq böyükdür və döyüş potensialı hətta yarıya qədər də istifadə olunmayıb”.
Öz növbəsində italiyalı jurnalist Marko Travallo bildirib ki, Qərb mətbuatının əks məlumatlarına baxmayaraq, Rusiya hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələrini məğlub edir.
Xəzər
Cebhe.info