Rusiya Prezidenti Vladimir Putinin proqramında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukrayna mövzusunda danışıq yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Lazım gələrsə, Ərdoğanla danışıqları proqrama əlavə edə bilərik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Ərdoğan bu həftə Putin və Zelenski ilə telefon danışığı aparacağını söyləmişdi.