Oliqarxların "Londraqrad" sevgisi: Nədən yaranıb?

15-06-2022, 14:11   


Oliqarxların "Londraqrad" sevgisi: Nədən yaranıb? 


Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Qərb ölkələri Moskvaya iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəldi. 

Qəbul edilən sanksiyalar arasında Rusiya lideri Putini dəstəkləyən rus oliqarxlarının aktivlərinin dondurulması da var. Böyük Britaniyanın paytaxtı London rus oliqarxlarının ən çox sərmayə qoyduğu şəhərlərin başında gəlir. Bəs onların bu şəhərə olan xüsusi sevgisinin arxasında nə dayanır?

 Rusiyanın Ukraynanı işğalından sonra bir çox Qərb ölkələri Moskva üzərində təzyiq vasitəsi kimi iqtisadi sanksiyalar tətbiq etmək qərarını aldılar. Həmin sanksiyalarda Putinə dəstək olan rus oliqarxların aktivlərinin dondurulması da yer aldı. 

Qərb ölkələri bununla rus oliqarxların Ukraynadakı müharibəni dayandırması üçün Putinə təzyiq göstərəcəyini hədəflədilər. Sanksiya siyahısına ən son alınan oliqarxlar siyahısında “Çelsi” klubunun rəhbəri rus milyarder Abramoviç də yer alır. Rus oliqarxlar pullarının bir qismini “ofşor” hesablarda saxlayarkən, bir qismini də müxtəlif şəhərlərdəki əmlak və futbol komandaları kimi işlərə yatırıım edirlər. 

İngiltərənin paytaxtı London da rus oliqarxlar tərəfindən sevilən və yatırım qoyulan bir şəhərdir. “Dünyanın qulluqçusu olan İngiltərə necə oldu ki, varlıların, vergi qaçaqçılarının, kleptokratların və cinayətkarların xidmətçisi oldu” kitabının müəllifi Oliver Bullough Londonun rus oliqarxları arasında niyə sevildiyini və populyar olduğunu açılayıb: 

“İlk olaraq London sadəcə rus oliqarxlar üçün deyil, hər oliqarx üçün güvənli bir limandır. Əgər varlısansa, çox şey əldə edə bilərsən. Bizdə yüksək keyfiyyətli dükanlar, məktəblər və çox yaxşı universitetlər var. Ancaq bizdə haqqında bəhs edilməyən ikinci bir üstünlük var. O da aktivlərin burada güvəndə olmasıdır ki, bunlar Britaniya hüquq sistemi ilə ingilis polisi tərəfindən qorunur. Bununla yanaşı, başqa səbəb İngiltərə hüquq sisteminin bu aktivləri soruşmamasıdır. Yəni sadəcə vəsait xərcləmək üçün çox yaxşı bir yer olmaqla yanaşı, pul saxlamaq üçün də çox yaxşı bir yerdir. Burada vəsaitlərinizi ömürlük saxlaya bilərsiniz”. 

Rus oliqarxlar Londonu o qədər sevirlər ki, paytaxta özlərinə uyğun xüsusi ad da müəyyənləşdiriblər. Belə ki, onlar Londonu “Londonqrad” adlandırırlar. Hesablamalara görə, Putinlə əlaqəsi olan ruslar son illərdə əmlak bazarında sadəcə 2 milyard avrodan çox yatırım ediblər. Rus oliqarxlara tətbiq edilən sanksiyanın nəticəsi varmı? Oliver deyir ki, burada hansı məqamların nəzərdə tutulduğuna baxılmalıdır: 

"Sankiyaların hədəfinin nə olduğu ilə bağlı hər kəsin həmfikir olması barədə şübhəliyəm. Bəziləri oliqarxlara sanksiya tətbiq edib vəsait itirməsinə səbəb olan və ya daha da varlandıran Putinə təzyiq edəcəklərini söyləyir. Digərləri isə oliqarxların rus dövlətinin bir qolu olduğunu ifadə edərək onların vəsaitlərini dondurmaqla Rusiyanın dövlətə aid pullarını dondurduqlarını deyirlər. Məncə, hər iki arqumentin də nəticəsi odur ki, əgər birbaşa Putinə tətbiq edilə bilmirsə, oyuncaqları, təmtəraqlı həyatları, lüks futbol klublarından məhrum edərək Putinin yaxınındakı insanların üzərində son 20-30 ildir ki, bir siyasət həyata keçirməyə çalışırlar. Bunun təsirinin olmasını demək hələ tezdir. Ancaq təcrübə etməyə dəyər. Bu, digər alternativlərdən daha yaxşıdır". 

Sanksiyalardan təsirlənən rus oliqarxlar əvvəlki təmtəraqlı həyatlarına qayıtmaq istəyərsə, nə etməlidirlər? 

Oliver deyir ki, rus oliqarxlarla əlaqələrimiz ömürlük dəyişərsə, təəccüblənərəm. Xüsusilə də İngiltərə başda olmaqla Qərb ölkələri maliyyə vəsaiti olan hər kəsi qəbul etməyə hər zaman razıdırlar. Oliqarxların buraya gəlib pullarını xərcləmələrinin daha çətin olacağını qəbul etmək lazımdır. Məncə, Qərbin siyasətçiləri arzu edirlər ki, əgər paytaxtlarda yenə təmtəraqlı həyat yaşamaq istəyirlərsə, Putinə ukraynalıları öldürməsini dayandırmasını söyləməlidirlər. Bu, çox çətindir.Çünki bu oliqarxlardan neçəsi belə bir təsirə malikdir və neçəsi Putinə gedib “Ukraynanı işğal etməkdən əl çək” kimi xahiş edə bilər ? Fikrimcə, müəyyən bir müddət də olsa, rus oliqarxlar Fransanın cənubundakı villalarda və ya barlarda, yaxud Londondakı malikanələrində, Yunanıstanda pullarını göyə sovurmadıqları bir vəziyyətə alışmaq lazımdır". 

Bu sanksiyalarla rus oliqarxların həyatlarında nəyin dəyişəcəyi hələ konkret olmasa da, Avropa şəhərlərinin bir müddət oliqarxların səpdiyi pullardan məhrum qalacağı gözlənilir. 

Nigar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.