Usubovdan aqressiv reaksiya: “Xəbərim yoxdur...”

23-06-2022, 08:30   




“Mənim xəbərim yoxdur ki, barəmdə kim nə danışır. Danışılanlara da əhəmiyyət vermirəm”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubov MTN polkovniki Sahib Ələkbərovun onun və sabiq baş prokuror Zakir Qaralovun həbsi tələbinə münasibətində bildirib.

Qeyd edək ki, bir sıra ağır cinayətlərə görə mühakimə olunan Sahib Ələkbərov “Bu gün mən buradayamsa, sağımda Zakir Qaralov, solumda isə Rüstəm Usubov oturmalıdır” deyə əsl günahkarların onlar olduğunu  bəyan edib.

Sahib Ələkbərovun məlum bəyanatını Rüstəm Usubova xatırlatdıqda isə baş prokurorun sabiq müavini bu dəfə özünün kimliyini danıb.

Belə ki,“Siz başqa adama zəng etmisiz” deyən Usubov telefonun dəstəyini asıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.