Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qoç ət”də qazilərə niyə çay verilməyib? - AÇIQLAMA

23-06-2022, 13:51   


“Qoç ət”də qazilərə niyə çay verilməyib? - AÇIQLAMA


Şuşadakı “Qoç Ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilməsi ilə bağlı məlumat yayılıb. 

Bu barədə sosial şəbəkədə jurnalist Vəfa Şəhlayi status paylaşıb.

Onun sözlərinə görə, restoran orada millət vəkillərinin olmasını əsas gətirərək hərbçilərə xidmət göstərməkdən imtina edib:

“Şuşadakı “Qoç Ət”, səviyyəsizliyin bu qədəri olmaz… Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşdi gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir yuxarıda adamlar var, samovarda su qurtarıb…”

Vəfa Şəhlayi həmçinin əlavə edib ki, restoranda yalnız xüsusi endirim kartı olan hərbçilərə endirim PR-ı edirlər:

“O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir. Sadəcə ayıb olsun, haram olsun! Şuşaya gedənlərdən bu restoranı baykot etmeyi xahiş edirəm".

Cebhe.info-nun əməkdaşı məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxlayıb.

Restorandan sosial şəbəkədə yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib: 

“Dünən sosial şəbəkələrdə haqqımızda yayılan məlumat heç bir halda həqiqəti əks etdirmir. Bu, çirkin şər, böhtan və qarayaxmadan başqa bir şey deyil. Şuşa şəhərindəki restoranımızda sifarişin gecikməsini guya imtina edilməsi kimi qələmə verənlərə ayıb olsun! Xalqın gözü tərəzidir. Azərbaycanın yerli brendi olaraq daim müzəffər Ali Baş Komandan, cənab Prezidentin, şəhid ailələrimizin, qazilərimizin, hərbçilərimizin və xalqımızın yanındayıq və bundan qürur duyuruq!”

Xatırladaq ki, ötən il də sosial şəbəkədə “Qoç ət”in Şuşa filialında nahar edən hərbçilərimizə 700 manat məbləğində hesab gəlməsi ilə bağlı xəbər yayılmışdı. İddia edilirdi ki, bu səbəbdən restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb. Restoranlar şəbəkəsindən isə sözügedən məlumatı təkzib edərək böhtan və təxribat adlandırmışdılar.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar