"İran Azərbaycana qarşı məzhəbsəl din altında fəaliyyətə keçib. Müsəlman Birliyi hərəkatı birbaşa İrana bağlı olan və İranın ali rəhbərini özlərinə rəhbər seçən bir təşkilatdir və onların rəhbərliyi Azərbaycan dövlətçiliyinə qarşıdir. Bu, birmənalı belədir".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
"İranın məzhəb siyasətinə qarşı biz Cənubi Azərbaycan məsələsini qaldırmalıyıq. Bizim İrana güclü şəkildə təzyiq və təsir etmək gücümüz var. Fars-sasani düşüncəsi məzhəb pərdəsi altında Azərbaycan dövlətçiliyinə qarşı ölkə daxilində iradəsi zəif olanlardan istifadə edir. Təssüf ki, ölkənin bəzi partiya sədrləri, xüsusilə AXCP sədri Əli Kərimli insan hüquqları adı altında İranın casus şəbəkəsini müdafiə edir", - deyə politoloq qeyd edib.
M.Əsədullazadə bildirib ki, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, cənubdan, şimaldan ölkəmizə qarşı təhdidlər olacaq:
"Ölkə daxilində heç bir dini təşkilatların siyasi fəaliyyətinə icazə verilməməlidir. Dindən birmənalı olaraq pozuculuq kimi istifadə edilir. Bu gün İranda cəmləşib terrorçu qruplar Azərbaycan dövlətçiliyinə qarşı sosial şəbəkələr vasitəsilə təbliğat aparır. Bunun qarşısının alınması üçün İrana əlimizdə olan vasitələrdən istifadə edilməlidir".