Bakıda sərnişin avtobusu piyadanı vurub.
Avtosfer.az-ın yaydığı kadrlarda yüksək sürətlə hərəkət edən sərnişin avtobusunun yolu keçən qadın piyadanı vurması əks olunub. Yolun əks tərəfində dayanan maşınların işığında yolda piyadanın olduğu tam aydın görünür. Avtobus sürücüsü isə bunu görmür. Amma necə olursa, piyadanı vuran kimi maşını saxlaya bilir.
Obyektivlik naminə onu da deyək ki, bu küçədə işıqlandırma zəifdir və yox dərəcəsindədir. Qəzanın bir səbəbi də budur. Lakin avtobus sürücüsü kobud qayda pozuntusu törətməsəydi və sürət həddini aşmasaydı, belə bir olay da baş verməzdi və ya daha yüngül ötüşmək olardı.
Qeyd edək ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və qəza törədən sürücü barəsində müvafiq tədbir görülüb.[media=https://www.youtube.com/watch?v=4i_CblHRqGs]