11 SENTYABR, 7 OKTYABR VƏ YA 30 DEKABR... - Putin onun üçün əhəmiyyətli olan bu tarixlərə nə planlaşdırır?

28-07-2022, 08:46   


Baxiş sayı: 2250
Dərc olunub: 27/07/2022 - 20:45
Bölmə: Manşet

"Putin üçün 3 mühüm tarix var ki, bu tarixlərdə rus hərbçiləri öz liderlərini cəbhədəki uğurları ilə sevindirməyə çalışacaqlar"

"AzPolitika.info" beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bunu ukraynalı jurnalist Sergey Qarmaş deyib.

Jurnalist bildirib ki, Rusiya referendum keçirərək Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporojyenin ərazilərini ilhaq etmək niyyətindədir: "Donetsk və Luqanskın tam şəkildə, yəni inzibati sərhədlər daxilində ilhaq edilməsi planlaşdırılır. Xerson və Zaporojyeyə gəlincə, mən hesab edirəm ki, bu barədə hələlik yekun qərar verilməyib. Bu, cəbhədəki vəziyyətdən, döyüşlərin nəticələrindən asılı olacaq".

Referendumun keçirilmə tarixləri barədə danışan jurnalist xatırladıb ki, bu, sentyabrın 11-nə – Rusiya Federasiyasında “vahid səsvermə günü” adlanan tarixə planlaşdırılıb.

S.Qarmaş işğalçıların bu tarixdə hücumlarını artıraraq, daha çox Ukrayna ərazilərini ələ keçirməyə çalışacaqlarına şübhə ilə yanaşır: "Onlar üçün bunu etmək çox çətin olacaq. Ona görə də mən hesab edirəm ki, 11 sentyabrda bu baş verməyəcək.

Oktyabrın 7-si Putinin 70 yaşı tamam olacaq. Hesab edirəm ki, Rusiya hərbçiləri belə tarixlərdə öz liderlərini müharibədəki uğurlarıyla sevindirməyə çalışacaqlar.

Həmçinin dekabrın 30-u Sovet İttifaqının yaranmasının "100 illik" yubileyi qeyd olunacaq. Bu tarixin Putin üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, Rusiya bu tarixdə bəzi yerlərdə Sovet İttifaqını yenidən bərpa etməyə çalışacaq. Təbii ki, bütün bunlar Rusiyanın cəbhədəki uğurlarından və ya uğursuzluqlarından asılı olacaq".

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.