Rusiya Avropaya qazı kəsdi. Avropa nə edəcək? - 5 suala cavabda

28-07-2022, 11:23   


qaz

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES


Rusiya Şimal Axını-1 kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırıb.

Bərpa edilə bilən enerji ehtiyatlarının qıt olduğu dövrdə Moskvanın spekulyasiyası beynəlxalq qaz qiymətlərinin yenidən artmasına səbəb olub.

Tənqidçilər Kremli qazdan siyasi silah kimi istifadə etməkdə günahlandırırlar.


Şimal Axını-1 nədir və o nə qədər qaz nəql edir?

2011-ci ildə istifadəyə verilən boru kəməri hər gün Rusiyadan Almaniyaya maksimum 170 milyon kub metr qaz nəql edə bilir.



Kəmərin sahibi “Şimal Axını AG” konsorsiumudur və bütün fəaliyyət və tikinti işləri də bu şirkətə aiddir. Şirkətin ən böyük hissədarı Rusiyanın dövlət neft şirkəti Gazprom-dur.

İyunun sonuna olan məlumata görə, Almaniya illik qaz ehtiyacının 26 faizini Rusiyadan alır və mavi yanacağın böyük hissəsi Şimal Axını-1 ilə idxal edilir, digər hissəsi isə yerüstü kəmərlər hesabına reallaşdırılır.

Almaniya bu kəmərə paralel çəkilən Şimal Axını-2 layihəsinin həyata keçməsinə razılıq versə də, Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən bu boru xətti ilə enerji nəqli gerçəkləşdirilməyib.

Rusiya qaz idxalını necə kəsir və bu Avropaya nə dərəcədə zərər verir?

Daha sonra şirkət iyunun ortalarında Şimal Axını-1 vasitəsi ilə ixrac edilən qazın həcmini 75 faizədək azaldıb. Nəticədə gündəlik qaz nəqli 170 milyon kub metrdən 40 milyon kub metrə düşüb.

İyulun əvvəllərində isə Gazprom Şimal Axını-1 ilə daşınan qazı 10 gün müddətinə tamamilə dayandırıb və bunu təmir işləri ilə əlaqələndirib.

Kəmərin fəaliyyətinin bərpa edilməsindən qısa müddət sonra Gazprom son ixrac faizini də yarıya endirərək gündəlik qaz nəqlini 20 milyon kub metrə salıb.

Rusiya mavi yanacaq satışını məhdudlaşdırmaqla bağlı niyyətini açıqladıqdan dərhal sonra Avropada qazın topdan satış qiyməti 10 faiz bahalaşıb.

Qazın hazırki bazar qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 450 faiz yüksəkdir.

“Hazırda bazarda qaz çox məhduddur, təchizatla bağlı yaranan ən kiçik problem qiymətlərin daha da artmasına səbəb ola bilər”, - Crystol Energy-nin analitiki Carole Nakhle deyib.

“Bu tendensiya Avropa iqtisadiyyatının zəifləməsinə və resessiyanın sürətlənməsinə gətirib çıxara bilər”, - o bildirib.

qaz, Rusiya, Şimal Axını, Avropa

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Avropa qaz təchizatının kəsilməsinə necə reaksiya verir?

Almaniya hökuməti bildirib ki, Gazprom-un ixracatı dayandırmasına heç bir texniki səbəb yoxdur.

Avropa İttifaqının (Aİ) enerji siyasəti üzrə komissarı Kadri Simson Gazprom-un atdığı addımı “siyasi motivli” qərar adlandırıb.

Ukrayna Prezidenti Volodymyr Zelensky isə bunu “həmrəy Avropaya qarşı Rusiyanın başlatdığı qaz müharibəsi” kimi şərh edib.

“Rusiya qaz ehtiyatlarını hər gün daha çox siyasi silaha çevirir”, - Londonda yerləşən “Energy Institute” beyin mərkəzinin mütəxəssisi Kate Dourian bu fikirdədir.

Onun sözlərinə görə, “Kreml bu yolla özünü enerji sahəsində hələ də supergüc olduğunu göstərməyə çalışır və bundan Avropanın sanksiya qərarlarına qarşı cavab kimi istifadə edir”.

Avropa nə edə bilər?

Ukraynada müharibə başlayandan bəri Almaniya Norveç və Niderlanddan alternativ qaz gətirməyə çalışır.

Rəsmi Berlin Qatar və ABŞ-dan maye qaz idxal etmək üçün 5 iri tanker almaq niyyətindədir, Ms Dourian daşıma şirkəti bildirib.

Bu, sahil ərazilərdən Almaniyanın digər yerlərinə yeni kəmərlərin tikintisini də gündəmə gətirir. Bunun həyata keçməsi üçün bir neçə ay lazım olacaq.

“Sən Almaniyanın etdiyi kimi Rusiyadan qaz asılılığını artırıb, sonra onu qısa müddətdə dəyişə bilməzsən”, -xanım Nakhle deyib.

İtaliya və İspaniya Əlcəzairdən qaz idxalını artırmağa çalışır.

Ətraf mühit problemlərinə görə ənənəvi enerji stansiyalarını bağlamağı planlaşdıran Almaniya kömür ehtiyatlarından istifadəni artırmaq niyyətindədir.

“Hər kəs özü üçündür, daşıma şirkətinin rəhbəri xanım Dourian qeyd edib.

Onun fikrincə, “hər kəs enerji çatışmazlığını həll etmək üçün öz addımlarını atır və təkbaşına iş görür”.

Avropa qaza olan ehtiyacını necə azaldır?

Avropa İttifaqı qərara alıb ki, üzv ölkələr qaz istifadəsini 15 faizədək azaltsın.

Bir çox avropalı artıq özü bu istiqmətdə addımlar atır.

Xanım Nakhlenin sözlərinə görə, “Almaniyada insanlar odun peçi alır və günəş panelləri quraşdırırlar. Hər kəs qazdan asılılığı azaltmaq üçün müəyyən işlər görür”.

“Beləliklə, biz insanların qaz ehtiyatlarının az olmasına verdiyi reaksiyanı gözardı edə bilmərik”, - o deyib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.