Medvedyevdən şok paylaşım: Ukrayna 4 ölkə...

28-07-2022, 11:29   


Medvedyevdən şok paylaşım: Ukrayna 4 ölkə...


Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedyevin paylaşdığı xəritələr etirazlara səbəb olub. 

Cebhe.info xəbər verir ki, Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkə tərəfindən bölündüyünü iddia edən rusiyalı siyasətçi Qərb analitiklərinin belə bir gələcəyi gözlədiklərini vurğulayıb. 

Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başlayan müharibə artıq beşinci aydır ki, davam edir. Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedyev “Telegram” kanalında etirazla qarşılanan bir paylaşım edib.

Həmin paylaşımın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar göndərməsi ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini açıqlamasından bir neçə gün sonra yayımlanması diqqət çəkib. 

Medvedyev Ukrayna torpaqlarının Türkiyə ilə Macarıstan arasında bölündüyünü, Qərb analitiklərinin belə bir gələcək gözlədiyini vurğulayıb.

O, təqdim etdiyi xəritədə göstərir ki, “Psixotrop maddələrdən təsirlənən Ukrayna Prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin belə bir mənzərə canlanır”.

Xəritədə Ukrayna yalnız Kiyev bölgəsindən ibarətdir 

Medvedyevin “Qərb ekspertləri əslində belə olacağını düşünürlər” deyə göstərdiyi ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən, digər bölgələr Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölünür.

Qərb mətbuatına verdiyi açıqlamada Respublika Prezidenti Vladimir Zelenski Ukrayna qoşunlarına plan hazırlamağı və Rusiya ordusunun nəzarəti altında olan əraziləri geri almağı əmr etdiyini söyləmişdi.

Nigar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.