Amerika Birləşmiş Ştatlarının (ABŞ) endirdiyi dron zərbəsi nəticəsində Əl-Qaidə lideri Ayman al-Zawahiri Əfqanıstanda öldürülüb, ABŞ Prezidenti Joe Biden bildirib.
Qruplaşmanın lideri Mərkəzi Kəşfiyyat Agentliyinin bazar günü Əfqanıstanın paytaxtı Kabildə apardığı anti-terror əməliyyatı nəticəsində öldürülüb.
O və Osama Bin Laden 11 Sentyabr hücumunu birlikdə planlaşdırıblar və al-Zawahiri ABŞ-ın “ən çox axtarılan terrorçularından” biri idi.
ABŞ Prezidenti Biden bildirib ki, Zawahiri “Amerika vətəndaşlarına qarşı cinayət və zorakılıq izi qoyub”.
“11 il əvvəl ABŞ Bin Ladenlə bağlı ədaləti bərpa etdikdən [onu öldürdükdən] sonra Zawahiri Əl-Qaidənin lideri olub,” - Biden deyib.
“O gizlənərək Əl-Qaidənin bütün qolları ilə əlaqələri dünyada koordinasiya edib. Zawahiri ABŞ-a məxsus hədəflərə hücumların təşkil edilməsi daxil olmaqla, prioritetlərin və əməliyyat şərtlərinin müəyyənləşdirilməsinə də özü nəzarət edib”, - ABŞ prezidenti bildirib.
Joe Biden əlavə edib ki, artıq “ədalət öz yerini tapdı və terrorçu lider daha yaşamır”.
O deyib ki, bu tapşırıq “diqqətlə planlaşdırılıb” və digər mülki şəxslərə zərər vermə riski yetərincə azaldılıb: “Bir həftə əvvəl şərtlərin uyğun olduğu bildirildikdən sonra onun işini bitirmək üçün son qərarı verdim və tapşırıq uğurlu oldu”.
Zawahiri 2011-ci ildə Bin Ladenin öldürülməsindən sonra Əl-Qaidəyə rəhbərlik edib.
Rəsmilərin bildirdiyinə görə, Zawahiri təhlükəsiz evin eyvanında olan zaman dronla ona sarı 2 raket atılıb.
Onun ailəsinin digər üzvlərinə xəsarət yetirilməsə də, onlar tərk-silah edilib və hücum nəticəsində yalnız Zawahiri öldürülüb, rəsmilər açıqlayıb.
Joe Biden 71 yaşlı əslən Misirdən olan terrorçunun öldürülməsinin 2001-ci ildə baş verən 11 Sentyabr hücumundan zərər çəkən 3 minə yaxın qurbanın ailələrinə təsəlli olacağını qeyd edib.
BBC.COM