ABŞ-ın həftəsonu Əfqanıstanda həyata keçirdiyi hava hücumu nəticəsində Əl-Qaidə lideri Ayman əz-Zəvahirini məhv edilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev dünən Əfqanıstanda uğurlu əməliyyat keçirildiyini açıqlayıb.
“Ədalət yerini tapdı və terror təşkilatının lideri artıq yoxdur. Xalqımız üçün təhlükə yaradacağınız təqdirdə, harada gizlənsəniz, ABŞ sizi tapacaq”, - deyə, ABŞ prezidenti Co Bayden bildirib.
ABŞ dövlət katibi Antoni Blinken də Zəvahirinin öldürülməsindən sonra açıqlama verib:
“Talibanın öz öhdəliklərini yerinə yetirməməsinin qarşılığında biz Əfqanıstan xalqına humanitar yardım göstərməyə, xüsusilə qadınların və qızların hüquqlarının müdafiəsinə davam edəcəyik”.
ABŞ HƏR YERDƏ ONU AXTARIRDI
Qərb mətbuatında yer alan xəbərlərə görə, ABŞ kəşfiyyatı 2022-ci ilin əvvəlindən Zəvahirini təqib edirdi.
ABŞ-ın hava hücumunda “ninja raketi” olaraq tanınan "R9X Hellfire"dan istifadə etdiyi bildirilir.
Rəsmi açıqlanmasa da, ABŞ-ın bu silahdan daha əvvəl də oxşar əməliyyatlarda istifadə etməsi ilə bağlı iddialar var.
"R9X HELLFIRE"NİN XÜSUSİYYƏTLƏRİ
"R9X" ilk dəfə 2017-ci ilin martında Suriyada Əl-Qaidənin yüksək rütbəli lideri Əl-Masrinin öldürülməsi məqsədilə keçirilən əməliyyatlarda istifadə olunub.
Pilotsuz Uçuş Aparatları ilə inteqrasiya olunmuş şəkildə işləyən raket hədəfə çatmazdan əvvəl altı qanadını açır. Hədəfə daha çox zərər vurması üçün raketin başlıq hissəsinə 45 kq-lıq gücləndirilmiş metal yerləşdirilib.
ABŞ ordusunun həssas və dəqiq sui-qəsdlər üçün istifadə etdiyi raket ətrafdakı insanlar üçün ölümcül partlayışlara səbəb olmadan, sadəcə hədəfi parçalayaraq məhv etməyə istiqamətlənir.
Nigar Cəfərli,
Musavat.com