Putin TŞ-nin iclasını çağırdı: Qarabağ müzakirəsi…

4-08-2022, 16:20   




Rusiya lideri Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirib. İclasda Ermənistan-Azərbaycan konflikti ətrafında da müzakirələr aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov RİA-ya açıqlamasında deyib.

O bildirib ki, iclasda üçtərəfli bəyanatların bütün tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

İclasda Baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, TŞ-nin sədr müavini Dmitri Medvedyev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, DİN rəhbəri Vladimir Kolokoltsev, FTX direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu, TŞ katibi Nikolay Patruşev və Xarici Kəşfiyyatın rəisi Sergey Narışkin iştirak edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.