AZƏRBAYCAN ORDUSU XANKƏNDİNİ TAM NƏZARƏTƏ GÖTÜRDÜ - Şəhərdə ermənilərin qəzəbinə səbəb olan bildiriş yayıldı + VİDEO (Yenilənib)

12-08-2022, 08:40   




 Şəhər ətrafında bütün yüksəkliklərə ordumuz nəzarət edir 

Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafında strateji yüksəkliklər halqasını bağlayıb.

"AzPolitika.infoxəbər verir ki, bu barədə “Caliber”in reportajında bildirilib.

Reportajda qeyd olunub ki, ordumuzun şəhid olan əsgəri Anar Kazımovun ölümü ilə nəticələnən təxribat erməni tərəfi üçün təkcə cavab atəşi ilə yox, qlobal strateji uğursluzluqla da nəticələnib. Bunu ən azından ordumuzun mart ayında Fərrux yüksəkliyinə nəzarəti ələ alması ilə müqayisə etmək olar. Amma daha böyük formada.

Silahlı Qüvvələrimiz şimaldan cənuba 100 kilometrdən çox ərazini əhatə edən Kiçik Qafqaz Qarabağ dağ silsiləsinin bütün strateji yüksəkliklərinə nəzarəti bərpa etməyə cəmi bir neçə saatdan bir sutkaya qədər vaxt sərf edib. Qanunsuz erməni silahlı birləşmələrinin bir neçə postu dağıdılıb, çox sayda silah-sursatı götürülüb.

Bu əməliyyatın miqyasını qiymətləndirmək üçün Kəlbəcərin Vəng kəndindən Laçına qədər məsafəni təsəvvür etmək lazımdır. Buzluq, Qırxqız, Üçdik, Sarıbaba və Laçındağın strateji yüksəkliklərini xəyalən birləşdirdikdə isə məsafənin böyüklüyünü daha yaxşı başa düşmək mümkündür. Silahlı Qüvvələrimiz silsilənin hər iki tərəfindəki əsas marşrutlara, kəndlərə və yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.



Ölkənin tanınmış hərbi eksperti Alp Arslan İmamqulu ordumuzun Qarabağda nəzarətə aldığı son yüksəkliklərin əhəmiyyətini şərh edib.

Ekspertin dəyərləndirməsi aşağıdakı məzmundadır: "Cənubdan şimala yaşıl rənglə işarələnmiş Sarıbaba, Qırxqız və Buzdağ yüksəklikləri ən başda qərb sərhədlərimiz boyunca yol güzargahını tam olaraq nəzarətdə tutmağımızı təmin edir. Sarıbaba, Qırxqız və mavi rənglə işərələnmiş Fərrux yüksəklikləri isə ayrıca olaraq qırmızı dairəyə alınmış Xankəndinə gedən bütün yaxınlasma istiqamətlərinə müşahidə imkanı yaradır. Digər bir tərəfdən Sarıbaba və Qırxqız yüksəkliklərindən yeni çəkilən Laçın yonunun ətraf perimetrinə tam nəzarət mümkündür. Ayrıca Qırxqız yüksəkliyi isə Agdərə Kəlbəcər yolu və Sərsəng su anbarına gedən əsas güzərgahlara yaxınlaşma yollarına vizial müşahidə üçün strateji əhəmiyyətlidir".

Ekspertin qısa, lakin peşəkar şərhindən anlaşılan budur ki, nəzarətə götürdüyümüz 4 yüksəklik Laçın dəhlizinə alternativ olan yeni yolu tam "görür", gələcəkdəki Sərsəng su anbarı əməliyyatına geniş imlanlar yaradır. Üstəlik, Xankəndi də ordumuzun tam və əhatəli müşahidəsi altındadır.



Bu arada Xankəndidə Rusiyanın mobil operatoru “Tele2”nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş ermənilər arasında qəzəblə qarşılanıb.

Belə ki, bildirişdə “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur.

Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin telefon nömrəsinə (+994 12 597-08-70) müraciət olunmasının tövsiyə edilməsidir.



"AzPolitika.info"


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.