Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sürət qatarları: Bakıdan kənar rayonları da əhatə edə bilər?

15-08-2022, 17:30   


Sürət qatarları: Bakıdan kənar rayonları da əhatə edə bilər?


Vyetnam 58,7 milyard dollara başa gələcək və bütün ölkəni əhatə edəcək yüksək sürətli dəmir yolunun tikintisini nəzərdən keçirir.

Ölkənin Nəqliyyat Nazirliyi gələn ay Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna 1545 km dəmir yolunun tikintisi ilə bağlı təklif təqdim edəcək.

Regional istehsal mərkəzi olan Vyetnam sürətlə inkişaf edən iqtisadiyyatını dəstəkləmək üçün nəqliyyat infrastrukturuna investisiyaları artırır. Ümumi uzunluğu 665 km və ümumi sərmayəsi 24,72 milyard dollar olan ilk iki hissə 2032-ci ilə qədər nəqliyyat üçün açıq olacaq.

Azərbaycanda sürət qatarları olsa da, sayı çox deyil. Eyni zamanda, səfər üçün ya qoyulan məbləğin yüksək olması, ya da hərəkətdə yaranan digər nasazlıq səbəbindən əksəriyyət ictimai nəqliyyatın digər növlərinə üz tutur. Aydın məsələdir ki, hər gün gur saatlarda, istərsə də adi saatlarda yollarda tıxacla qarşılaşırıq. Sürət qatarlarının sayının artırılması isə bu kimi problemləri də aradan qaldıra bilər.

Bəs sürət qatarlarının sayı artırılmalıdır?

Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürət qatalarının sayı artırılsa və istiqamətləri şaxələndirilsə, bir çox neqativ halların qarşısı da alınar:

"Sürət qatarları dünyada çox istifadə olunan nəqliyyatdır. Bizdə olanlar isə sürət qatarı adlandırılsa da, 4 saatdan artıq səfər müddəti var. Bu da gülüş doğurur ki, bunun harası sürət qatarı oldu? Sürət qatarları Bakı kəndlərini, Bakıdan kənar rayonları da əhatə edə bilər. Üstəlik, sayı artırılısa, ictimai nəqliyyatın ən çox istifadə olunan növünə çevirilə bilər. Bu, həm də ictimai nəqliyyatdakı tıxacın aradan qaldırılmasında yardımçı olar.

Məsələn, Saray, Mehdiabad, Ceyranbatan ərazisini əhatə eləsə, Sumqayıt tərəflərdə görülən tıxac azalacaq. Çünki bu gün insanlar elə yüksək maaş al bilmir ki, hər gün manatlıq taksidən istifadə eləsin. Ayda 400 manat alan biri necə hər gün manatlıq taksidən istifadə etsin axı? Bunu məcburiyyətdən edirlər. Amma bu gün avtobus saat kimi dəqiq işləsə, sürət qatalarının sayı artırılsa və istiqamətləri şaxələndirilsə, bir çox neqativ halların qarşısı da alınar. Həmçinin, qəza hallarının da sayı bu yolla azala bilər. Ona görə bu məsələ barəsində ciddi düşünmək lazımdır".

Onun sözlərinə görə, təkcə bu sistemi genişləndirmək əsas şərt deyil, qiymətlər də cibə uyğun olmalıdır:

"Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üçün həm bölgələrə, həm də Bakı və onun kənar ərazilərinə dəmir yolu şəbəkəsinin qurulması planı nəzərdə tutulub.

Çünki rayonlar üzrə yolların qorunması prosesi yükdaşımalardan keçir. Yükdaşıma normalara uyğun olsa, avtobuslar da qaydalar çərçivəsində işləsə, o yollar da dağılmayacaq. Amma bizdəki vəziyyəti görürsünüz, əlavə yükləmələr olur və o yollar dağılır. Düzdür, yolların keyfiyyəti də başqa mövzudur. Amma inkişaf etmiş ölkələr bundan necə yaxa qurtarır? Yükləri dəmir yolları xətti ilə daşımaqla. Həm yollar qorunur, dövlət burada vəsaitə qənaət etmiş oluruq. Məsələn, yol 10 il istifadəyə yararlıdırsa və yükdaşımaların çoxluğu səbəbindən 3 il ərzində dağılırsa, deməli əlavə xərcə ehtiyac yaranır. Amma dəmir yollu xətti bu kimi neqativ halların da qarşısını ala bilər. Yük onunla daşınır, sərnişinlər rahat gedir. 

Eyni zamanda, ən vacib məsələlərdən biri də qoyulan qiymətlər cibə uyğun olmalıdır. Vətəndaş 9 manata Gəncəyə bilet alıb gedə bilirsə, niyə 20 manata qatarla getməlidir? Bir qatara 20 manat qiymət qoymaqla bilmirlər ki, vətəndaşı ora cəlb edə bilməyəcəklər? Bu sxem də dəyişməlidir. O zaman biz dəmir yolu şəbəkəsini də genişləndirə bilərik".

Naibə
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar