Ermənilər Laçını külə döndərir: rəsmi Bakı hansı addımları atmalıdr? – Hərbi ekspert

18-08-2022, 13:08   








“Laçın rayonunda ermənilərin meşələri yandıraraq növbəti vandalizm aktı törətməsinə yol vermək olmaz. Azərbaycan dövləti bu məsələdə çox ciddi mövqe ortaya qoymalıdır”.


Bunu sözləri Bakupost.az -a açıqlamasında polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.


Ekspert güman edir ki, ermənilər həmin əraziləri yandırmaqla yanaşı, oraları minalayacaqlar:
“Bu məsələ ilə bağlı sərt mövqeyimizi ortaya qoymalıyıq. Çox vaxt sərt mesajın nəticəsi müsbət olur. Həmin yerlərdə heç evlərin sökülməsinə belə yolverilməməlidir. Hətta orada belə bir kampaniya var ki, əgər kimsə evləri yandırmır və dağıtmırsa onlara pul kompensasiyası verilir. Bildiyimə görə bu məbləğ 30 min dollar civarındadır. Görünür, erməni vəhşiliyinin qarşısını heç bir vasitə ilə almaq olmur.
Meşələrin yandırılması cinayətdir. Yenidən o meşələrin bərpa edilməsi kifayət qədər uzun vaxt alacaq. Onların hətta o əraziləri minalaya da bilərlər, bu, istisna deyil”.

Polkovnik hesab edir ki, Azərbaycan bu məsələni Rusiya dövləti qarşısında qaldırmalıdır:
“Ermənilərin vandalizm hərəkətlərinə sülhməramlılar göz yummamalıdır. Düşünürəm ki, ermənilərin çıxarılması ilə bağlı həm Azərbaycan, həm Ermənistan, həm də sülhməramlılardan üçlü bir komissiya yaradılmaldır. Həmin komissiya onların köçdüyü əraziləri ermənilərin vandalizm hərəkətlərindən qorumalıdır. Ermənilər müəyyən dərəcədə bizim bu məsələdə boşluqdan, humanist mövqeyimzdən istifadə edirlər.

Erməni elə bir millətdir ki, onlarla sivil formada davranmaq mümkün deyil. Sülhməramlı qüvvələr təkcə müharibə şəraitinə nəzarət etməməlidir, eyni zamanda ermənilərin oradakı bu kimi vəhşiliyinin qarşısını da almalıdır. Ona görə də bu məslə dövlət səviyyəsində Rusiya qarşısında çox ciddi qaldırılmalıdır. Çünki sülhməramlılar Rusiya dövlətinin nümayəndələridir. Rusiya dövləti mərkəzdən onlara hansı komandanı verərsə, onlar da həmin əmri yerinə yetirəcəklər”.

Fəridə
Baku Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.