Revanşistlərin “B planı”: “Ermənistana qarşı güc tətbiq edilməlidir”

20-08-2022, 19:01   


Revanşistlərin “B planı”: “Ermənistana qarşı güc tətbiq edilməlidir”


Azərbaycan tərəfi ermənilərə Laçın şəhəri və Zabux kəndindən çıxmaq üçün əlavə vaxt verib.

Yəni avqustun 25-ə qədər verilmiş möhlət sentyabrın 1-dək uzadılıb.

Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

“Avqustun 3-dən Laçın, Zabux və Susun boşaldılması ilə yanaşı Laçına alternativ yolun işə salınması məsələsi qaldırılıb. Məlumdur ki, bu ərazinin sakinlərinə evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verilib ki, Azərbaycan hərbçiləri avqustun 26-da bu əraziyə gəlməli, Rusiya sülhməramlıları isə oranı tərk etməli idi. 

İnsanlar artıq əşyalarını köçürür, bəziləri evini yandırır, artıq işıq, qaz, internet, telefon xətti kəsilib. Hələ avqustun 19-u olmasına və avqustun 25-nə qədər vaxt verilməsinə baxmayaraq, yerdəyişmə sürətlə davam edir. Bu günlərdə Laçına gedən alternativ yolun bərpa edilməsi başa çatıb. Qarabağı Ermənistanla birləşdirəcək əsas yolda isə tikinti işlərinə start verilib və prosesin 10 ay davam etməsi gözlənilir".

Qəzet bu müddət ərzində bəzi dəyişikliklər baş verdiyini, qondarma rejimin xahişi və Rusiya sülhməramlılarının səyləri nəticəsində avqustun 25-nə təyin edilmiş müddət bir qədər təxirə salındığını yazır.

"Daşıma və yol təmiri işlərinə daha 5 gün əlavə edilməklə yekun gün sentyabrın 1-i müəyyən edilib", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, qanunsuz məskunlaşmış ermənilərin Laçın şəhəri və Zabux kəndini tərk etməsi üçün artıq onlara ikinci dəfədir ki, əlavə müddət verilir. Birinci dəfə Azərbaycan tərəfi "Qisas" əməliyyatından dərhal sonra, yəni avqustun 5-də ermənilərdən işağl altındakı ərazilərdən çıxmağı tələb etmişdi. Nəticədə, rəsmi Bakı humanizm nümmayiş etdirərək ermənilərin özlərinin istəyinə uyğun olaraq, avqustun 25-ə qədər Laçından çıxmasına razılıq vermişdi.

İndi isə ermənilər daha bir həftə vaxt istəyir. Belə güzəştlərin nə ilə nəticələndiyi əvvəlki illərin təcrübəsindən yaxşı tanışdır. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 6-cı bəndinə görə, Ermənistan Kəlbəcər rayonunu dekabrın 1-dək qaytarmalı idi.

Ancaq ermənilər müxtəlif bəhanələr gətirərək Kəlbəcəri dekarın 20-də tərk etdi. Verilmiş vaxtdan istifadə edən ermənilər evləri, təsərrüfat sahələrini yandırdı, taladı, mal-qaranı məhv etdi. Sonra isə kəndləri və yolları minalayıb Kəlbəcəri tərk etdilər. Hələ də davam edən mina partlayışları Azərbaycan hərbçilərinin, jurnalistlərin həyatını və sağlamlağını itirməsi bahasına başa gəldi.

Ona görə də Laçından və Zabuxdan çıxan ermənilərin guya yüklərin daşınması üçün əlavə möhlət istəməsi yalnız yanğınlar və dağıntılar törətmək, ərazini minalamaq məqsədi daşıyır. Bunu son günlər ermənilərin Laçında, Zabuxda evləri və meşələri yandırdığını əks etdirən videogörüntülərdən də görmək olar.

Rusiya sülhməramlı kontingentinin bu işdə vasitəçi olması isə rəsmi Moskvanın da bu təxribatda maraqllı olduğunu göstərir. İlk növbədə, Rusiya əlavə vaxt istəməklə  sülhməramlıların yeni inşa olunmuş dəhlizə dislokasiyasını ləngitmək istəyir. İkincisi, ermənilərin Laçında mümkün qədər çox qalması Azərbaycanın bölgədə mövqelərinin möhkəmlənməsinə maneə deməkdir. Üçüncüsü, yeni dəhliz Laçından yan keçir və onun böyük hissəsi Şuşa rayonunun inzibati-ərazisinə düşür. Bu isə strateji əhəmiyyətə malik Laçının 30 ildən sonra tamamilə Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Yəni köhnə Laçın dəhlizinin itirilməsi Ermənistanın və Rusiyanın Azərbaycana təzyiq imkanlarını aradan qaldırır. Əvəzində, Azərbaycan Ermənistanla Qarabağ arasında gediş-gəlişə tam nəzarəti ələ alacaq. Bu da Rusiyanın bölgədəki münaqişəli situsiyasını və sülhü öz maraqlarıına uyğun idarə etmək planlarını pozur. Ona görə də Rusiya ermənilərin Laçından çıxması prosesini ləngitməyə çalışır.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməməlidir:

“Çünki ermənilərin əlavə verilən vaxtdan istifadə edib Azərbaycana qarşı təxribatlar həyata keçirməsi artıq sübut olunub. Biz 44 günlük müharibədən sonra Kəlbəcərdə bunun şahidi olmuşuq. Yaxud bu il iyunun 1-ə qədər Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxaracağına söz vermişdi. Rusiya tərəfi də buna söz vermişdi. Amma nə oldu?

Avqustun 1-dən başlayaraq, erməni silahlı birləşmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutdular. 

Nəticədə, Azəərbaycan "Qisas" əməliyyatı başladı. Ona görə də ermənilərə əlavə vaxtın verilməsini düzgün hesab etmirəm. Ola bilsin ki, Azərbaycan tərəfi humanizm nümayiş etdirir. Ancaq ermənilər bizim bu humanist yanaşmamızdan istifdə edib vandalizm, ekoterror həyata keçirir, əraziləri minalayır, evləri yandırır. Əslində ermənilər qanunsuz məskunlaşdıqları ərazilərdən avqustun 5-ə kimi çıxmalı idi. İndi bu tarix dəyişib və sentyabrın 1-ə qədər uzadılıb. Sentyabrın 1-i son gün olmalıdır və artıq onlara əlavə vaxt verilməməlidir. Bu müddətdə Laçında və Zabuxda ərazilərin minalanması da aparıla bilər. Azərbaycan tərəfi çox güman ki, Rusiya sülhməramlı qüvvələrinin xahişi ilə bu addımı atıb.

Dislokasiya məsələsinə gəlincə, Azərbaycan köhnə Laçın dəhlizinə düşən əraziləri sentyabrın 1-də təhvil almalıdır. Ermənistan hökumətinin və Rusiyanın istəyindən asılı olmayaraq, Azərbaycan bunu edəcək. Hazırda Ermənistan Laçın şəhərini qaytarmamağa çalışır. Hətta Ermənistanın bununla bağlı Rusiyadan müəyyən xahişlər etməsi barədə məlumatlar var. Lakin Azərbaycan prinsipial mövqeyə malikdir. Çünki Ermənistana güzəştə getdikcə, onlar bundan sui-istifadə edir. Ümumiyyətlə, Ermənistanla siyasi-diplomatik danışıqlar aparmağın mənası yoxdur. Ermənistanla yalnız Azərbaycan Ordusu danışmalıdır, güc tətbiq edilməlidir. 

Ermənilərin ideologiyasının əsasında Azərbaycana qarşı düşmənçilik dayanır. Laçında, Zabuxda Livandan və Suriyadan gəlmiş ermənilər Azərbaycanla toqquşma yaratmağa can atır. Azərbaycan öz ordusunu Laçına və Zabuxa yeritməli, ermənilərin həmin bölgələrdən evakuasiyasını təşkil etməlidir".  

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.