Şoyqudan ETİRAF: Rusiya Ukraynada dəhşətli raketdən istifadə edib

22-08-2022, 13:04   


Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Kinjal” hipersəs raketlərindən Ukraynada üç dəfə istifadə edildiyini bildirib. 

Yenisabah.az xəbər verir ki, Şoyqu “Rossiya-1” dövlət telekanalına açıqlamasında Ukraynadakı müharibə ilə bağlı məlumat verib.

Ukraynada “Kinjal” hipersəs raketlərindən istifadə etdiklərini xatırladan Şoyqu “Kinjal xüsusi hərbi əməliyyatımızda üç dəfə istifadə edilib və üç dəfə əla performans göstərib”, - sözlərini deyib. 

Bu raketin xüsusiyyətlərinə malik ikinci raketin dünyada olmadığını bildirən Şoyqu raketin çox sürətli və təsirli imkanlara malik olduğuna diqqət çəkib.

Şoyqu bu raketlərin Ukraynadakı mühüm hədəflərə qarşı istifadə edildiyini bildirib. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.