Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİNİN MÜƏMMALI LAÇIN VƏ "QİSAS" SÜKUTU -

29-08-2022, 11:00   


 ...Baş verənlərdən Rusiya məmnun, ABŞ narazı görünür. İlk baxışdan belə təəssürat bağışlayır. Bizsə iki qütbün qarşıdurmasında ən yaxınımızda olan təhlükəli güclə danışaraq maraqlarımıza uyğun qərarları razılaşdıra bilirik. Bir qəbil təhlilçilər hadisələrin sürətini Ukrayna müharibəsinə bağlayır, yəni Rusiyanın oradakı aqibətindən Cənubi Qafqaz və Qarabağ üçün istifadə edirik, fürsəti yüksək səviyyədə dəyərləndiririk, amma bu mövqe ilə razılaşmayanlar iddia edirlər ki, bəli, erməni terrorçuları tərki-silah ediləcək, qondarma rejim də ləğv olunaraq icma saxlanacaq, bir sıra yüksəkliklər və ərazilər də nəzarətimizə keçəcək, sadəcə, erməni silahlılarının çıxarıldığı yerlər rus hərbçilərin məskəninə çevriləcək. Belə desək, Putin ona görə Laçın və digər ərazilərə daxil olmağımıza, rusların başı üzərindən "Qisas" cəza tədbiri keçirməyimizə razılıq əlaməti olaraq susur ki, yekunda Dağlıq Qarabağda rus hərbçiləri uzunmüddətli yerləşsin. Eynilə Abxaziya ssenarisi.. Anaxeber.info hər iki versiya ilə yanaşı bir əhəmiyyətli tezisi də əlavə edir ki, Rusiya təkcə Cənubi Qafqazda hərbi mövcudluğu üçün belə təmkinli deyil, o cümlədən nəqliyyat- kommunikasiyaların  açılmasına tələsir. Rusiya Qarabağ konfliktinə görə regional tıxac yarandığını anlayır. Bu, onun iqtisadi nəfəsliklərini bağlayır. O səbəbdən sülh sazişi olmasa belə, ən azı nəqliyyat xətləri bərpa olunmalıdır. Avrasiyaya inteqrasiyanı gücləndirən Kreml bu yolda Azərbaycanın haqlı tələb və istəklərini də nəzərə almaqdadır. Çünki Avropa ilə əlaqələr yanıb və Rusiya Şərq bazarlarına açılmalıdır. Amma Azərbaycan - Ermənistan problemi onun işini ləngidir deyə Moskva bölgədə baş verənləri intensivləşdirir. Hətta görün vəziyyət hansı həddə çatıb ki, Rusiya Rəşt-Astara yolunun tikintisini üzərinə götürür. Vaxtilə Azərbaycan layhinəni başlamış, İrana da kredit ayırmışdı, di gəl Tehran işi tormozadı. İndisə Rusiya özünə əl qatıb ki, mən pul verərəm, təki bu yol da açılsın. Bütün bu hadisələr, tələskənlik, Putinin Qarabağ məsələsində Bakını narazı salacaq addımlar atmaması göstərir ki, Ukrayna müharibəsi fonunda Rusiya yaman yerdə axşamlayıb. Bu mənada ekspertlərin dediklərində həqiqət payı olduğu qədər, Rusiyanın düşdüyü vəziyyətlə əlaqədar da Qarabağdakı prosesləri sükutla izlədiyini söyləmək olar. Halbuki dünənə qədər Lavrov, sözçüsü Zaxarova bizi qıcıqlandıran açıqlamalar verirdi, Rusiya müdafiə naziri bizi atəşkəsi pozmaqda ittiham edirdi, rus hərbçiləri əsəblərimizi korlayırdı, Solovyov və başqaları yenə əleyhimizə təbliğat qururdu. Amma Bakıda son olaraq Lavrovla Bayramov arasında imzalanan sənəd, daha əvvəl Moskvada müttəfiqlik bəyannaməsi, baş nazir Əli Əsədovun isə Bişkekdəki Avrasiya toplantısına qatılması Rusiyanı neytrallaşdıran addımlardır. Biz Avropa Birliyi ilə strateji qaz sənədi bağlayırıq, Moskvayla strateji tərəfdaşlıq edirik. Qərbdə bizi çox yaxşı başa düşürlət, yalnız ABŞ Rusiyanın acığına ölmüş Minsk qrupunu reanimasiya etmək istəyir, o da çi fayda?! Azərbaycan Rusiya ilə münasibətlərdə onun maraqlarını nəzərə almaqla yanaşı, ondan adekvat münasibət tələb edir. Hələlik Rusiya ilə danışıqlar rəvan gedir, ayrı - ayrı epizodlar üzrə bizim də ürəyimizcə olmayan fəaliyyətlər var, amma ümumi olaraq proses ləng də olsa gedir. Hər halda kommunikasiyaların açılması ilə bağlı irəliləyiş qaçılmazdır. Azərbaycan isə Laçın qələbəsini təmin etməklə Brüsselə gedir. Burada da Qərb və Moskva toqquşması, danışıqlar uğrunda yarış davam etməkdədir, lakin bizim üçün zərərli deyil. Kəsəsi, iki gün sonra Brüsseldə liderlərin görüşündə əlahiddə hadisə, yaxud qərar gözlənilmir, çünki hər şey birgə bəyanatda göstərilib, ancaq Avropa Birliyinin bu moderatorluğu Rusiyanı məcbur edir ki, 10 noyabr sənədinin tam icrasını reallaşdırsın, vasitəçilikdə nəticə göstərdiyini ortaya qoysun, əks halda Brüssel bu işi görəcək, Putinin isə imza atdığı sənədi Mişel əlindən almış təəssüratı yaranacaq. Ona görə Rusiya Azərbaycanın Qarabağdakı hədəflərinə çatmaq yolunda bəzi əngəlləri qaldırır...

Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar