10:04
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin xüsusi xidmət orqanları tərəfindən aradan götürülə bilər. Bu təhlükəyə görə o öz mühitini və təhlükəsizliyini daim dəyişir.
Axar.az xəbər verir ki, bunu ukraynalı ekspert, Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin məsləhətçisi İvan Stupak deyib.
“Putin üçün belə bir ssenari o zaman mümkündür ki, onun mövcudluğu Rusiyanın bir çox yüksək rütbəli məmuruna maneə yaratsın. Onlar əvvəllər şəxsi təyyarələri ilə Nitsaya uçub, Monakoda kazinoda oynayıb qayıdırdılar. İndi belə bir şey yoxdur. Pul çoxdur, amma onu xərcləyə bilmirsən. Vəziyyət generallar üçün kritik olanda, ola bilsin ki, belə bir qərar qəbul etsinlər”, - ekspert bildirib.
O qeyd edib ki, yaxın gələcəkdə Rusiyanın hərbi sektorunda yüksək vəzifəli şəxslər arasında səs-küylü istefalar və “təsadüfi” intiharlar ola bilər:
“Bu, Ukraynadakı müharibə zamanı rus qoşunlarının uğursuzluqları və məğlubiyyətləri ilə bağlıdır. FTX mütləq onlar üçün milyardlarla dollar vəsaitin mənimsənildiyi barədə hekayələr tapacaq. Rusiyanın müdafiə naziri Şoyqu isə sona qədər vəzifəsində qalacaq. Çünki onu əvəz edəcək heç kim yoxdur. O, Putin üçün çox sərfəlidir. Şoyqu idarə olunur və heç bir siyasi ambisiyası yoxdur. Putin qorxur ki, "xüsusi əməliyyatın" uğursuzluğuna görə Şoyqunu vəzifəsindən azad etsə, yeni rəhbər təhlükə yaradar. Təbii ki, Putin buna imkan verə bilməz”.