“ŞOYQU UKRAYNADAKI ORDUYA RƏHBƏRLİKDƏN KƏNARLAŞDIRILIB” – “Döyüş təcrübəsi olan zabit və əsgərlər onu ələ salırlar”

30-08-2022, 09:36   




“Rusiya Müdafiə naziri Sergey Şoyqu ordudakı problemlər səbəbindən Ukraynadakı qüvvələrin idarəçiliyindən kənarlaşdırılıb”.

Bu barədə Böyük Britaniya kəşfiyyatının son hesabatında deyilir.

Məlumatda bildirilir ki, cəbhədə baş verənlərlə bağlı hesabatı operativ komandanlıq birbaşa Putinin özünə verir. Yerlərdəki yüksək ranqlı komandirlər Putini şəxsən məlumatlandırırlar.

Kəşfiyyat məlumatında o da qeyd olunur ki, orduda Şoyquya qarşı inamsızlıq və mənfi münasibət var. Xüsusilə də peşəkar zabit heyəti onu gerçək hərbçi kimi qəbul etmir və Ukraynadakı uğursuzluğa görə günahlandırır, hətta ələ salır: “Döyüş təcrübəsi olan zabit və əsgərlər onu qeyri-effektv idarəetmə, rus ordusunun Ukraynada dalana dirənməsi səbəbindən ələ salırlar”.

Qeyd edək ki, Şoyqunun ünvanına bundan öncə də kifayət qədər tənqidlər səsləndirilib. Onun dövründə orduda korrupsiyanın, maliyyə maxinasiyaları və yeyintilərin vüsət aldığı qeyd edilir və Rusiya ordusunun Ukraynadakı uğursuzluğunun səbəblərindən biri də bu hesab olunur. 

Onu tənqid edənlər sırasında Donetsk qondarma respublikasının sabiq “müdafiə naziri”, separatçıların liderlərindən biri olmuş və hazırda terrorçuluğa görə beynəlxalq axtarışda olan İqor Stelkov(Qirkin) xüsusi seçilir.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.