11:22
Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov Kiyevə, Stepan Banderanın Ukraynadakı davamçılarına nifrət etməsinin səbəbini açıqlayıb.
Axar.az xəbər verir ki, Solovyov bunu “Rossiya 1” telekanalındakı çıxışında deyib.
“Bəziləri deyir ki, mənim bütün Ukrayna xalqından zəhləm gedir, amma bu, belə deyil. Mən rəsmi Kiyevə və Stepan Banderanın Ukraynadakı davamçılarına nifrət edirəm. Çünki Bandera və onun ordusu Böyük Vətən müharibəsi zamanı mənim ailə üzvlərimin bir qismini qətlə yetiriblər. Onlar diri-diri torpağa basdırılıb. Bilirsiz hansı səbəbə görə? Yəhudi olduqları üçün... Mənim Şoltsu Hitler kimi səsləndirdiyim videonu bütün dünya müzakirə edir. Məndən soruşurlar: “Niyə belə etmişəm?” Cavab verirəm: Çünki banderaları Ukraynada dəstəkləyən Şoltsu yalnız Hitler kimi səsləndirmək lazımdır”, - deyə o qeyd edib.