Saxta HİMARS-lar: Ukrayna Rusiya hərbçilərini yanıltmaq üçün taxta "maketlərdən istifadə edir"

4-09-2022, 08:15   


Ukraynada HİMARS

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Qarşı tərəfin atəşindən yayınmaq üçün HIMARS sistemləri daim mövqelərini dəyişməli olur

Ukrayna ordusu HIMARS reaktiv buraxılış qurğularının maketlərindən istifadə edir. Məqsəd Rusiya kəşfiyyatını yanıltmaqdır ki, o, saxta hədəflərin vurulması üçün bahalı qanadlı raketlərini tətbiq etsin. Bu barədə BBC müxbiri Pavel Aksyonovun icmalında deyilir.

Washington Post qəzeti yazır ki, Ukrayna ordusu HIMARS reaktiv buraxılış qurğularının taxta maketlərindən istifadə edib. Məlumata əsasən, Ukrayna ordusu HIMARS reaktiv buraxılış qurğularının taxta maketlərindən istifadə edib.

Qəzet Ukrayna və Amerikanın yüksək rütbəli məmurlarına, eləcə də jurnalistlərin təhlil etdiyi fotoşəkillərə istinad edir. Washington Post-un ukraynalı həmsöhbətlərindən biri deyib ki, belə maketlər Rusiyanı bahalı Kalibr qanadlı raketləri sərf etməyə məcbur edir.


Müharibə şəraitində bu iddiaları yoxlamaq çətindir, çünki hərbi əməliyyatların aparılması ilə bağlı bütün məlumatlar Ukraynada ciddi şəkildə məxfiləşdirilir, təhlildə deyilir.

Rusiya Müdafiə Nazirliyi mütəmadi olaraq HIMARS buraxılış qurğularının məhv edilməsi barədə açıqlama verir, lakin onun nə ilə vurulduğu adətən dəqiqləşdirilmir.

Hərçənd ki, avqustun 1-də Rusiya hərbiyyəsi Xarkovda yerləşən zavodun Kalibr raketilə vurulduğunu açıqlayıb. Bu məlumatı yoxlamaq mümkün olmayıb, ukraynalılar isə HİMARS sistemini itirmədiklərini bildiriblər.

Bundan əlavə, Rusiya bir neçə dəfə HIMARS sistemlərini artilleriya atəşi kimi başqa vasitələrlə vurduğunu da iddia edib.

Tank modeli

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Birinci Dünya müharibəsində təyyarələri yanıltmaq üçün istifadə olunan tank modeli

Mobil hədəflərə hücum etmək üçün qanadlı raketlərdən istifadə o qədər də səmərəli üsul deyil. Atəş hədəfdən çox aralı məsafədən aparılır və HIMARS reaktiv buraxılış qurğuları, bir qayda olaraq, atəş açdıqdan sonra cavab zərbədən yayınmaq üçün öz mövqelərindən başqa yerə keçirilirlər.

HIMARS maketlərinin istehsalı və istifadəsi kifayət qədər məntiqli görünür - yüksək dəqiqliyi ilə səciyyələnən GMLRS raketlərini atan bu sistem Rusiya qoşunlarının arxa mövqelərindəki mühüm hədəflərə zərbələr üçün istifadə olunur.

Bu raketlər Xerson bölgəsindəki körpülərə ciddi ziyan vurub, nəticədə onlar Rusiya qrupunu təchiz etmək üçün yararsız hala düşüb. GMLRS raketləri onlarla silah anbarını, qərargahı və digər mühüm hədəfləri məhv edib.

Buna görə də, Rusiya qoşunları üçün HIMARS və onun MLRS və MARS versiyaları, şübhəsiz ki, prioritet hədəflərdir, BBC təhlilində deyilir.

Maketlərdən istifadə

Zenit-raket qurğusunun maketi

ŞƏKLİN MƏNBƏYİ,ITAR-TASS/ RUSBAL

Şəklin alt yazısı,

Müasir sənaye üsulu ilə hazırlanmış maketlərin əksəriyyəti hava doldurulanlardır

Düşmən təyyarələrini aldatmaq üçün zirehli texnika maketlərindən hələ Birinci Dünya müharibəsi vaxtı istifadə olunub.

Bu cür modellər yerlərdə hazırlanıb boyalanardı, lakin İkinci Dünya müharibəsi illərində maketlərin artıq sənaye istehsalına başlandı.

Ondan münaqişənin hər iki tərəfi istifadə edirdi. Normandiyaya daxil olarkən müttəfiq qüvvələr alman kəşfiyyatını yanıltmaq üçün ətraflı əməliyyat həyata keçirərək, İngiltərənin şimalında saxta "müdaxilə qruplaşmasını" yaratdılar.

Bu əməliyyatda tankların, təyyarələrin və digər texnikanın maketlərindən istifadə edildi.

Müharibə boyu hər iki tərəf düşməni çaşdırmaq üçün saxta aerodromlar da qurdu, BBC təhlilində deyilir.

Sənaye üsulu ilə istehsal

Müasir dünyada zirehli maşınların maketlərindən istifadə adi bir təcrübədir. Hərbi sənayenin istehsal etdiyi belə modelləri müxtəlif ölkələrin müdafiə nazirlikləri alır. Onların arasında Ukrayna və Rusiya da var.

Müasir sənaye üsulu ilə hazırlanmış modellərin əksəriyyəti hava doldurulanlardır.

Bu cür modellər daha sərt materiallardan hazırlanmış maketlərdən daha yüngüldür. Onlar həmçinin daha az yer tutur və qısa zaman içində açılıb-yığıla bilər.

Müasir maketlər texnikaya zahirən bənzəməkdən başqa, həm də radar və termal kəşfiyyat vasitəsiylə aşkarlanmaq üçün xüsusi materiallarla təchiz olunur, BBC təhlilində deyilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.