Rusiya həm iqtisadi, həm də müdafiə qabiliyyətinin təmin edilməsi və fövqəladə halların qarşısının alınması baxımından Arktikaya qayıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladinmir Putin deyib.
“Biz orada Fövqəladə Hallar Nazirliyinin infrastrukturunu inkişaf etdirəcəyik. Şimal dəniz yolunun inkişafı baş verəcək, biz artıq orada bir sıra iri iqtisadi layihələrə, o cümlədən energetika işinə start vermişik”, - Putin bildirib.