Avropa əkdiyini biçir. Putinə qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi, istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Putin əlindəki bütün imkan və alətlərdən istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. İstəməzdik Avropada belə bir durum formalaşsın. Amma Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur”, - Ərdoğan bildirib.