11:35
Brüssel üçtərəfli görüşündən sonra Nikol Paşinyan İrəvanda dar çərçivədə görüş keçirib, əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ətraflı təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.
“Paşinyan sülh sazişinin mətni üzərində işi sürətləndirməyi tapşırıb. Sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır. Bir aydan artıqdır ki, XİN-də bununla bağlı xüsusi qrup fəaliyyət göstərir və bütün diqqəti bu sənədə yönəldib”, - nəşr bildirib.