Putin öz tələsinə düşdü - Kevlyuk

11-09-2022, 11:25   




Prezident Vladimir Putin Rusiya ordusunu çox şişirtdi və Ukrayna Silahlı Qüvvələrini tammiqyaslı işğaldan əvvəl qiymətləndirmədi.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı ekspert Viktor Kevlyuk deyib.

“Kremlin Ukraynada beşinci kolonun formalaşması üçün ayırdığı bütün pullar təyinatı üzrə yönəlməyib. Ona görə də Rusiyanın hərbi-siyasi rəhbərliyində Ukraynadakı ümumi əhval-ruhiyyənin fərqli mənzərəsi formalaşıb. Buradan da müharibə yox, “xüsusi hərbi əməliyyat” ortaya çıxdı. Putin Ukrayna vətəndaşlarının Rusiyanı dəstəkləyəcəyinə və rus ordusunu “gül-çiçəklə” qarşılayacağına inanırdı. Bir sözlə, Putin özü öz “tələsinə” düşdü. O, hətta ümumi səfərbərlik elan edə bilmir, çünki əslində bunun üçün heç bir hüquqi əsas yoxdur”, - Kevlyuk deyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.