Xarkov əks-hücumu: Ukrayna ordusu irəliləyir, Rusiya 3 yerdə geri çəkildiyini təsdiqləyir

12-09-2022, 13:07   



Rusiya Ukrayna münaqişəsi müharibə

ŞƏKLİN MƏNBƏYİ,TELEGRAM

Rusiya Xarkovun su və elektrik infrastrukturuna böyük zərər vuran hücumlar həyata keçirib, bu haqda şəhər meri İqor Terexov bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şəhərin bir çox ərazilərində elektrik enerjisi kəsilib. "Eyni səbəbdən eyni ərazilərdə su yoxdur - nasoslar işləmir", - İqor Terexov deyib.Bazar günü axşam saatlarında Ukraynanın müxtəlif bölgələrindən elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərlər gəlməyə başlayıb. Lakin artıq iki ərazidə elektrik enerjisinin verilişi bərpa olunub.

Xilasedicilərin sözlərinə görə, Rusiyanın Xarkov vilayətində infrastruktur obyektinə endirdiyi zərbə nəticəsində ən azı bir nəfər həyatını itirib.BBC-nin şəhərdə olan müxbiri Orla Guerin xəbər verir ki, gecə saatlarında raket hücumlarının səsi eşidilib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bazar günü endirdiyi zərbələr nəticəsində Xarkov və Donetsk vilayətlərinin, qismən isə Zaporojye, Dnepropetrovsk və Sumi vilayətlərinin enerjisiz qaldığını bildirib. Ukrayna sentyabrın 10-da əks-hücumla 3 min kvadrat metr ərazini ruslardan geri aldığını açıqlayıb. BBC bu rəqəmi təsdiqləyə bilməyib, çünki jurnalistlər cəbhə xəttinə yaxın buraxılmır.

Əks-hücumla əldə edilən irəliləyiş həm də Ukrayna ordusunun işğal olunmuş əraziləri geri almaq qabiliyyətini nümayiş etdirmək baxımından mühüm hesab edilir. Bu, Kiyevin Qərb müttəfiqlərindən daha çox hərbi yardım istəməsi üçün vacib hesab olunur. Bunu vurğulayan Ukraynanın xarici işlər naziri Dimitro Kuleba bildirib ki, Qərbin daha çox hərbi texnikası ilə məsələni daha tez bitirmək olar.

Rusiya Ukrayna münaqişəsi müharibə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Ukraynalılar tərəfindən təkrar tutulan Balakliya şəhərində Ukrayna bayraqları dalğalanır

Rusiya taktiki geri çəkildiyini deyir

Şənbə günü şərqdə əks-hücum zamanı Ukrayna qoşunları Rusiyanın əlində olan həyati əhəmiyyətli təchizat şəhərləri İzyum və Kupyansk ərazilərinə daxil olub. Britaniya Müdafiə Nazirliyi rəsmiləri isə bu şəhərlərdən kənarda qarşıdurmaların davam etdiyi barədə xəbərdarlıq edib. Kiyev rəsmiləri də həmçinin bildiriblər ki, Ukrayna qüvvələri İzyum ətrafındakı bəzi yaşayış məntəqələrinə nəzarət etmək üçün mübarizəni davam etdirir.

Rusiya Müdafiə Nazirliyi şənbə günü qoşunların Ukraynanın şərqindəki İzyum, Balakliya və Kupyansk şəhərlərindən çıxarıldığını açıqlayıb.Nazirlik bildirib ki, İzyumdakı əsgərlər "yenidən qruplaşdırılmaq" üçün, Balakliyadakı əsgərlər isə Donetsk cəbhəsinə dəstək vermək üçün geri çəkiliblər.

Izüm Balakliya İzyum Balakleya Ukrayna rusiya savaş müharibə

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiyanın Xarkov vilayətində qurduğu administrasiyanın rəhbəri "canlarını xilas etmək üçün" əhalinin Rusiyaya təxliyə edilməsini tövsiyə edib.Əks-hücumun sürəti və nəticədə rusların hazırlıqsız yaxalanması Prezident Vladimir Putinin sadiq dəstəkçisi olan Çeçenistan lideri Ramzan Kadırov rusların geri çəkilməsini sorğulayıb. Telegram-da paylaşdığı mesajda Kadırov bildirib ki, Rusiyanın bəxti gətirməsə, vəziyyəti izah etmək üçün ölkə rəhbərliyini sorğulamalı olacaq. Kadırov "Rusiya qalib gələcək" və "NATO silahları əziləcək" ifadələrini paylaşıb. Ruslar hələ də Ukraynanın təxminən beşdə birini əlində saxlayır və müharibənin tezliklə bitəcəyi gözlənilmir.

"Rusiya qüvvələri qəfil yaxalanıb"

Ukrayna rəsmiləri bildiriblər ki, qoşunlar ölkənin şərqində ruslar üçün mühüm təchizat mərkəzi olan Kupyanska daxil olub.Ukrayna qoşunlarının irəliləməsi davamlı olarsa, aprel ayında Rusiyanın paytaxt Kiyevi tərk etməsindən sonra ən böyük irəliləyiş olacaq.Rusiya qeyd edir ki, geri çəkilmə taktiki xarakter daşıyır."İzyum-Balakliya qoşunlarının çıxarılması və onların Donetsk Xalq Respublikası ərazisinə mütəşəkkil şəkildə köçürülməsi üçün üç günlük əməliyyat keçirilib", - Moskva açıqlayıb.Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, bu bəyanatdan qısa müddət sonra Rusiyanın nəzarətində olan Xarkov vilayətinin baş administratoru bölgədəki insanların Rusiyaya təxliyyə edilməsini təklif edib.Britaniya müdafiə rəsmiləri bildiriblər ki, Ukrayna Rusiyanın nəzarətində olan ərazilərə doğru 50 kilometr irəliləyib.Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir: "Rusiya qüvvələri ciddi miqyasda qəflətən yaxalandılar. Ukrayna qoşunları bir neçə şəhəri ya ələ keçirib, ya da mühasirəyə alıb", - məlumatda deyilir.

Zaporojye Atom Elektrik Stansiyası tamamilə dayandırılıb

Ukraynanın "Enerqoatom" Dövlət Nüvə Enerjisi Şirkəti Zaporojye Atom Elektrik Stansiyasında işləyən sonuncu reaktorun fəaliyyətini dayandırdığını bildirib.Qurumdan verilən yazılı açıqlamada bölgədəki qarşıdurmalar səbəbindən Zaporojya AES-in Ukrayna şəbəkəsi ilə bütün əlaqələrinin zədələndiyi vurğulanıb. Sentyabrın 11-i səhər saatlarında stansiyada elektrik enerjisinin bərpa olunduğu və stansiyada işləyən yeganə reaktorun fəaliyyətinin dayandırılması və soyutma sisteminə keçirilməsinin qərara alındığı bildirilib.Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü stansiyada sonuncu reaktorun dayandığını təsdiqləyib.

Avropanın bu ən böyük atom elektrik stansiyası Rusiyanın nəzarətinə keçmişdi və Ukrayna və Rusiya rəsmiləri stansiyaya yönələn hücumlarda bir-birini qarşılıqlı ittiham edirdilər.

Cənubda irəliləyiş

Bu həftənin əvvəlində Ukrayna şərq rayonlarına əks-hücuma keçib.Cənubdakı Xerson şəhəri yaxınlığında gözlənilən irəliləyişlər beynəlxalq ictimaiyyətin də diqqətindədir.Ekspertlərin fikrincə, Rusiya təcrübəli əsgərlərinin bir qismini Xersonun müdafiəsinə yönəldib.Ukrayna ordusunun cənub komandanlığının sözçüsü Nataliya Qumenyuk bildirib ki, Ukrayna şərqdə ərazi əldə etməklə yanaşı, cənubda da eyni şəkildə uğur qazanıb.Gumenyuk cənubda "iki ilə on kilometr arasında" irəlilədiklərini söyləyib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.