“PUTİN OLİQARXLARA TAPŞIRIQ VERİB...” – “O, oktyabrda yeni mərhələyə başlamaq istəyir”

12-09-2022, 13:12   




“Putin oktyabr ayında Ukraynadakı müharibənin növbəti mərhələsini başlatmağa hazırlaşır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya hakimiyyəti daxilində baş verənlərlə bağlı ən məlumatlı jurnalistlərdən biri sayılan, "Bellingcat" layihəsinin rəhbəri, araşdırmaçı Xristo Qrozev öz “Tvitter” səhifəsində bildirib.

Qrozev yazıb ki, Putin özünə yaxın oliqarxlara “Vaqner” kimi özəl hərbi şirkətlər yaratmağı və oraya mümkün qədər çoxlu sayda adam cəlb etməyi tapşırıb: “O, deyib ki, bütün uğursuzluqların səbəbi ordudakı korrupsiya və səriştəsizlikdir (muzdlu döyüşçüləri “əməkhaqqı” məsələsində aldadıblar). Ancaq o, yenə də optimist formada bildirir ki, hər bir dövlət korporasiyasına, oliqarxa oktyabr ayındakı yeni mərhələ üçün özəl hərbi şirkət yaratmaq tapşırılıb”.

Xatırladaq ki, Xarkov istiqamətində başladılan əks-hücum əməliyyatları sayəsində Ukrayna Ordusu 2.5 min kvadrat kilometrdən artıq ərazini işğaldan azad edib. Rusiya isə bu istiqamətdə şəxsi heyət və təminat sahəsində böyük çətinliklər çəkir. Bu səbəbdən biabırçılıqla ard-arda iri şəhərləri qoyub qaçan rus ordusu Donetskə sığınmağa başlayıb. 

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.