Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın dağılmağa başladığını hiss edir. Buna görə də özünü qorumağa çalışır.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Kadırov başa düşür ki, Rusiya müharibədə uğursuzluğa düçar olduqdan sonra ilk olaraq Putin əziyyət çəkəcək. Bundan sonra Kadırov üçün də haqq-hesab saatı gələcək. O bilir ki, Putin getsə, Rusiya təhlükəsizlik qüvvələri onu öldürəcək.
Rusiya FTX-si Çeçenistan rəhbərini müxalifətçi Boris Nemtsovun qətli ilə həbs etdirməyə çalışdı, ancaq Putinin özü də bu problemləri çətinliklə həll edə bildi”, - o bildirib.