Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı maraqlı açıqlamalar verib.
“Caliber” xəbər verir ki, o, “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.
“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə o bəyan edib.
Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan üçtərəfli komissiya çərçivəsində Azərbaycana yeni təkliflər paketi təqdim edib.
Onun sözlərinə görə, təklifləri Brüsseldə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən verib.
O, qeyd edib ki, Ermənistanda hərbi vəziyyət tətbiq oluna bilər.
“Hərbi vəziyyətin tətbiqi ilə bağlı layihə mənim masamın üstündədir. Biz Təhlükəsizlik Şurasında və digər formatlarda vəziyyəti və belə bir qərarın qəbulunun zəruriliyini mütəmadi olaraq qiymətləndiririk”, - deyə hökumət başçısı bildirib.