Ukraynanın hücum planına BU DÖVLƏTLƏR kömək edib - ŞOK AÇIQLAMA

14-09-2022, 20:40   


Ukrayna Silahlı qüvvələri amerikalı və britaniyalı mütəxəssislər və rəsmiləri ilə əməkdaşlıq edərək Ukraynanın şimal-şərqində və cənubunda uğurlu əks-hücum üçün plan hazırlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, prezident Zelenskinin göstərişi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı tərəfindən hazırlanmış ilkin plana əsasən, şərqdə Mariupolu rus qoşunlarından kəsmək və Xersonu azad etmək üçün Ukrayna ordusu ölkənin cənubunda genişmiqyaslı əks-hücum əməliyyatı keçirməli idi.

Lakin yay aylarında  Ukrayna və ABŞ hərbçiləri tərəfindən aparılan taktiki simulyasiyalar belə bir hücumun uğursuzluğa məhkum olduğunu açıq şəkildə göstərib.

Pentaqonun siyasi departamentinin rəhbəri Kolin Kalın sözlərinə görə, bu, Ukrayna rəhbərliyinə və yüksək komandanlığa daha effektiv əks-hücum variantlarını müəyyən etməyə imkan verib.

"Biz simulyasiyalar və masaüstü məşqlər həyata keçirdik. Orada ukraynalı hərbçilərə əks-hücumun başqa yollarının daha uğurlu ola biləcəyini göstərdik. Daha sonra ukraynalılar onu qəbul etdilər və bununla öz qərarlarını verdilər", - deyə o bildirib.

Qeyd olunur ki, hücumun uğurunu təmin etmək üçün ABŞ Ukraynaya silah tədarükünü də artırıb.

Ukrayna və Amerika rəsmilərinin fikrincə, cənub istiqaməti indi hərbi əməliyyatların ən vacib sahəsi sayılır. 

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.