Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.
Qriqoryan qeyd edib ki, razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.