Türkiyədə seçki "havası": İmamoğlu Ərdoğana rəqib ola bilər?

16-09-2022, 11:41   


Türkiyədə seçki "havası": İmamoğlu Ərdoğana rəqib ola bilər?


İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmaq üçün hazırlıqlara başladığı iddia olunur.

Cebhe.info xəbər verir ki, bu iddianı jurnalist Barış Yarkadaş irəli sürüb.

O, İmamoğlunun 3 min nəfərlik bir komanda ilə prezident seçkiləri üçün intensiv şəkildə çalışmalara başladığını yazıb.

Jurnalist bildirib ki, İmamoğlu Akşenerin onu dəstəkləyəcəyini düşünür:

“Əkrəm İmamoğlu Emmanuel Makronun modelində bir prezidentlik sistemi üzərində çalışır. O, həmçinin İYİ Partiya sədri Meral Akşenerin də dəstəyini qazanacağını düşünür. Nəzərə almaq lazımdır ki, İmamoğlu və Akşenerin ötən həftəki görüşü diqqət çəkmişdi. Bununla yanaşı, Əkrəm İmamoğlu bir həftə öncə Əhməd Davudoğlu ilə onun evində görüşüb”.

Barış Yarkadaş qeyd edib ki, bütün bunlara rəğmən İYİ Partiya Mansur Yavaşın namizədliyini dəstəkləyir:

“Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu namizəd olmaqda qərarlıdır. Ona görə proseslər çox qəribə bir yerə doğru gedir. Yəni Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı Kamal Kılıçdaroğlunun qarşısına çıxara bilərlər. Hətta bununla bağlı hazırlıq gedir”.

Elmir
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.