Ermənistan Baş Qərargah rəisinin 12-14 sentyabr tarixlərində ərazi itkiləri haqqında açıqlaması

17-09-2022, 08:43   


 Azərbaycan SQ Cermuk rayonunda Ermənistan ərazisinin 7,5 km dərinliyinə irəliləyib, bu barədə Cermukda xarici səfirlər üçün keçirilən brifinqdə Ermənistan SQ Baş Qərargah rəisi Edvard Asryan bildirib.

Onun sözlərinə görə, Azərbaycan qüvvələri bu istiqamətdə "müəyyən uğur əldə ediblər", belə ki, onlar cəbhənin 8,5 km enində və 7,5 km-ə qədər dərinliyində Ermənistan ərazisinə nüfuz ediblər, deyə Asryan bildirib.

Hazırda Azərbaycan SQ Cermukdan 4,5 km məsafədədir.

Onun sözlərinə görə, Azərbaycan SQ ayrı-ayrı kiçik qruplar şəklində irəliləyib. "Onların bəziləri Ermənistan SQ-nin mühasirəsindədir".

Onun sözlərinə görə, sentyabrın 12-nə qədər Azərbaycan hərbiçiləri Cermukdan 11-12 km məsafədə idilər.

Asryan həmçinin bildirib ki, Nerkin And və Verin Şorja istiqamətində Azərbaycanlılar 1,5 km, İşxanasar istiqamətində 0,5 km irəliləyiblər.

Ermənilərin bir sıra mövqeləri Azərbaycan qüvvələrinin nəzarəti altına keçib, deyə o etiraf edib.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik bu bəyanatlarla bağlı şərh verməyib. 



Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.